Struktur: Mühasibatlıq şöbəsi
Tabeçilik: Direktor
Ünvan: Bakı şəhəri, Flame Towers
Tələblər:
Minimum təhsil dərəcəsi: Bakalavr (Maliyyə - İqtisadiyyat üzrə);
Sahə üzrə min. 5 il iş təcrübəsi;
Microsoft Office, 1C proqramlarında işləmək bacarığı;
Vergi Məcəlləsi, Əmək Məcəlləsini bilməli;
Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
Peşəkar mühasib sertifikatının (PMS) olması mütləqdir.
Vəzifə öhdəlikləri:
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
Elektron Qaimə Hesab Fakturalarının işlənməsi;
Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
Onlayn kargüzarlıq və e-qaimə üçün portaldan istifadə edilməsi;
BTP proqramında (ƏDV, Mənfəət, Əmlak, Torpaq) hesabatların tərtib edilməsi;
Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək.
Fərdi keyfiyyət göstəriciləri:
Dəqiqlik və detallara diqqətlilik;
Məsuliyyətlilik;
Operativlik;
Nəticə yönümlü;
Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
İngilis dili biliyi;
Maliyyə-mühasibatlıq sahəsi üzrə yerli və beynalxalq sertifikatlar.
Vəzifə üzrə əmək haqqı və təminatlar:
Şirkət tərəfindən tibbi sığorta paketi ilə təmin edilir;
Şirkət tərəfindən qidalanma ilə təmin edilir.
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Baş mühasib” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 18.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/azinko-development-bas-muhasib-151633