Şirkətin məqsədlərinə uyğun olaraq şöbənin tapşırıqlarının bəyan edilməsi və icrası;Məlumat Mərkəzinin gündəlik fəaliyyətinin tam, funksional və keyfiyyətli təşkili və idarə edilməsi;Məlumat mərkəzinin əməkdaşlarının yeni məhsullar, tariflərdə dəyişikliklər, və razılaşdırılmış layihələr haqqında lazımi məlumatlarla vaxtında təmin edilməsi; Zənglərin, müraciətlərin və digər kommunikasiya kanallarının fasiləsiz fəaliyyətinə nəzarət edilməsi;Müştəri müraciətlərinin düzgün kateqoriyalaşdırılmasına və aidiyyəti struktur bölmələrə yönləndirilməsinə nəzarət edilməsi;Məlumat Mərkəzində daxil olan və çıxan zənglər üzrə satış imkanlarının müəyyən edilməsi;Şöbə əməkdaşlarının fəaliyyətini idarə etmək və nəticələrinin qiymətləndirilməsi;Əməkdaşlar üzrə fərdi və komanda KPI-larını müəyyən edilməsi və izlənməsi;Yeni əməkdaşların adaptasiya və təlim prosesinin təşkil edilməsi;Operatorların zənglərinin və müştəri ilə ünsiyyətinin keyfiyyətinə nəzarət edilməsiMəlumat Mərkəzinin əsas KPI göstəricilərinin mütəmadi təhlil edilməsi;Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasının təmin edilməsi;Məlumat Mərkəzinə ötürülən yeni funksiyaların və proseslərin tətbiqini təşkil edilməsi;Təkrarlanan müraciətlərin və əməliyyatların avtomatlaşdırılması üzrə təkliflər hazırlanması;Yeni texnologiyaların, CRM və call center həllərinin tətbiqi üzrə təkliflərin verilməsi;Şöbənin məhsuldarlığının və əməliyyat effektivliyinin artırılmasının təmin edilməsi.
Tələblər:
Ali təhsil; Rus, azərbaycan dillərində səlis danışmaq, ingilis dili (arzuolunandır);İşgüzar ünsiyyət etikasına riayət etmək, telefon satışlarına və konsultasiyalara bələd olmaq;Çağrı mərkəzinin rəhbəri, rəhbərinin müavini vəzifəsində uğurlu iş təcrübəsi;Proqramçılar üçün texniki tapşırıq yaza bilmək və layihənin idarə edilməsi bacarığı;Analitik bacarıqlar və bazar bilikləri;Fəallıq, məsuliyyət, stressə davamlılıq, nəticəyə istiqamətlənmə;
Vakansiya növü: Tam ştat
Şirkət: Bank VTB (Azərbaycan)
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/vtb/vtb-melumat-merkezin-sobe-mudiri-52586158/apply