Təsvir
Təchizatçılar və anbar tərəfindən təqdim olunan materialların smetaya uyğunluğunu yoxlamaq və qəbul prosesini həyata keçirmək
Tikinti və təmir işlərinin layihə sənədlərinə, texniki norma və qaydalara uyğun icrasına nəzarət etmək
Təmir-tikinti smetalarının hazırlanmasında iştirak etmək və xərclərin optimallaşdırılmasını təmin etmək
Layihələr üzrə iş qrafiklərinin hazırlanması və icrasına nəzarət etmək
Podratçıların gördüyü işlərin keyfiyyətinə və müqavilə şərtlərinə uyğunluğuna nəzarət etmək
Mağazalara baxış keçirmək, ölçü götürmək və eskizlərin hazırlanmasını təmin etmək
Layihə komandası ilə sıx əməkdaşlıq etmək və mütəmadi hesabatlar təqdim etmək
Texniki sənədlərin, aktların və icra sənədlərinin hazırlanmasını təmin etmək
Tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək
Material ehtiyaclarının planlaşdırılmasında və təchizat prosesində iştirak etmək
Aşkar edilən texniki uyğunsuzluqların aradan qaldırılması üçün operativ tədbirlər görmək
Tələblər
İnşaat mühəndisliyi üzrə ali təhsil
Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi
Tikinti norma və qaydaları üzrə biliklər
AutoCAD və digər layihələndirmə proqramlarında işləmə bacarığı
Avtomobilin olması mütləqdi
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Korporativ nömrə
Yanacaq və Amortizasiya xərcləri
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 18.10.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/oba-marketler-shebekesi-insaat-muhendisi-cenub-zonasi-151547