Front desk – Your stage! English & Russian speaking Receptionist wanted!
Azersun Holding şirkətlər qrupuna daxil olan Dreamland Golf Hotel-də "Qeydiyyatçı (Resepşionist)" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq. Ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
Tələblər:
Tam orta və ya ali təhsilli olmalı;
Komandada işləmək bacarığı olmalı;
İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı;
Müştəri xidmətləri sahəsi üzrə iş təcrübəsi olmalı;
Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
İş haqqında məlumat:
Bütün giriş və çıxış tapşırıqlarının yerinə yetirilməsi;
Onlayn və telefon rezervasiyalarının idarə edilməsi;
Müştərilərə ödəniş üsulları haqqında məlumat verilməsi və onların kredit kartı məlumatlarını yoxlanılması;
Lazımi sənəd və məlumatları qonaqdan soruşub qeyd aparılması (passport, əlaqə məlumatları və qaldıqları dəqiq tarixlər kimi);
Gələn qonaqları qarşılayıb, otaqlarını təyin edib yerləşdirilməsi;
Otelimiz, mövcud otaqlar, qiymətlər, xidmət və imkanlar haqqında müştərilərə məlumat verilməsi;
Qonaqların şikayətlərinə vaxtında və peşəkar şəkildə cavab vermək;
Bütün otaqların təmiz, səliqəli və qonaqların ehtiyaclarını ödəmək üçün tam təchiz olunmasını təmin etmək üçün təmizlik işçiləri ilə əlaqə saxlanılması;
Müvafiq hallarda əlavə obyekt və xidmətlərin satışı;
Rezervasiya və ödənişlərin yenilənmiş qeydlərini aparılması, vaxında ödənişlərin alınması və sistemdə əks etdirilməsi;
Kassa əməliyatlarının, növbə üzrə toplanan vəsaitlərin baş kassirə təhvil verilməsi;
Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
Verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
İş yeri: Bakı şəhəri / https://lnkd.in/gnPFwChk
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində: “Qeydiyyatçı (Resepsionist)”
Son müraciət tarixi: 23.10.2026