Prayk

Virtual məhsullar üzrə mütəxəssis

Келісімді
Тексерілді3 апта бұрын
СанатСату

№5324643·Қаралым: 29

Сипаттама

Təsvir Sorğular əsasında təchizatçılarda virtual kateqoriyaya aid məhsulların mövcudluğunun müəyyən edilməsi və satışa cavabdeh olan instansiyalara geribildirim verilməsi; Məhsul sifarişi prosesinin, onun anbardan çatdırılmasının və sorğulara uyğun olaraq müştərilərə göndərilməsinin təşkil edilməsi; Ödəniş planın hazırlanması və maliyyə şöbəsinə hesabatların təqdim edilməsi; Geri qaytarılmış və ya texniki nasaz olan məhsulların təchizatçıya sənədlə geri qaytarılmasının təmin edilməsi; maliyyə əməliyyatlarının izlənməsi; Saytdan hər gün "mövcud deyil" statusunda olan məhsulların silinməsi; Həftə ərzində təchizatçılarda mövcudluğu olmayan məhsulların statusunun yenilənməsi (mövcuddursa, sayta əlavə edilməsi); Təchizatçı nümayəndələri ilə sıx əlaqələrin qurulması və ERP sistemi ilə saytda aparılan dəyişiklik və yeniliklərin tətbiqinin müzakirə edilməsi; Təchizatçılardan gündəlik və həftəlik ehtiyyat hesabatlarının qəbul edilməsi, məlumatların ERP sisteminə və sayta inteqrasiyasının dəstəklənməsi; Qurumlararası müzakirələr əsasında qaydaların, sxemlərin, şablonların hazırlanmasında və hesabatların tərtibində iştirak edilməsi; Təchizatçıların iş keyfiyyəti və ümumi konversiya haqqında gündəlik və aylıq hesabatların hazırlanması (CRM məlumatları əsasında); Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi. Tələblər Ali təhsil; Səlis azərbaycan və rus dili biliyi; Satış sahəsində minimum 2 il iş təcrübəsi; Məhsullar üzrə biliklər; Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook); Analitik düşünmə qabiliyyəti; Nəticə yönümlülük; Məsuliyyətlilik və inkişafa meyillilik; Komanda ilə işləmə bacarığı. Biz nə təklif edirik? Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Müasir və rahat ofis şəraiti; Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti; Yeni bilik və bacarıqların inkişaf etdirilməsi imkanı. Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 29.11.2026

Хабарландырудың дереккөзі

Түпнұсқа хабарландыруды ашу

© Kontakt Home jobsearch.az · Хабарландырудың мәтіні, фотолары және басқа материалдары олардың құқық иелеріне тиесілі.

Мәтін, баға және байланыс нөмірі дереккөздегідей сақталады және автоматты түрде синхрондалады. Prayk тек хабарландыруды көбірек сатып алушыға көрсетеді, нарықты талдайды, дереккөз бен хабарландырудың сенімділігін тексереді және фото талдауы арқылы хабарландыруларды көшіруге жол бермейді. Егер сіз автор немесе құқық иесі болсаңыз, хабарландырудағы телефон нөмірі арқылы оны иелене аласыз немесе оны жоюды сұрай аласыз.

ЖАРНАМА