Prayk

Baş energetik

По договорённости
ПровереноВчера

№6444079·Просмотры: 9

Описание

Bizim üçün uyğun namizəd: Elektrik energetikası, elektrotexnika və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil; Sənaye müəssisələrində elektrik və enerji təsərrüfatı sahəsində minimum 5 il iş təcrübəsi; 0,4 kV, 6 kV və 10 kV elektrik sistemləri üzrə bilik; Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı; Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli; Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı; Rəhbərlik, komanda idarəetməsi və operativ qərarvermə bacarığı; İşgüzar və məsuliyyətli olmalıdır. Hansı işləri görəcəksiniz? Zavodun elektrik və enerji təsərrüfatının idarə olunması; Elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz istismarına nəzarət; Transformator yarımstansiyaları, paylayıcı qurğular və elektrik şəbəkələrinin istismarının təşkili; Elektrik mühərrikləri, idarəetmə panelləri, avtomatik açarlar və rele mühafizəsi üzrə bilik; Planlı təmir-profilaktika işlərinin təşkili, nasazlıqların aradan qaldırılmasına rəhbərlik; Enerji sərfiyyatına nəzarət və enerji səmərəliliyinin artırılması; Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarını bilmək; Elektrik heyətin işinin təşkili və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət. Nə əldə edəcəksiniz? Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; Adekvat əmək haqqı; Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi; Əlavə məlumatlar: Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir; Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə; İş vaxtı - Bazar ertəsi - Cümə, 09:00 – 18:00; İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş energetik” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/209289/bas-energetik
РЕКЛАМА