Tələblər:
Təhsil: Ali təhsil (Biotibbi Cihaz Texnologiyaları və ya Elektronika);
Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Kompüter biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Dil bilikləri: Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı;
İşində dəqiq və məsuliyyətli olmaq;
Biotibbi cihazların texniki xidməti və təmiri sahəsində əsas bilik və avadanlıqlarla işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
Biotibbi cihazların texniki baxışı, diaqnostikası və təmir işlərinin həyata keçirilməsi;
Laboratoriya və tibbi avadanlıqlara texniki servis xidmətinin göstərilməsi;
Aşkarlanmış texniki nasazlıqların vaxtında və effektiv şəkildə aradan qaldırılması;
Texniki sənədləşmənin aparılması və görülən işlər barədə hesabatların hazırlanması;
Tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində yerinə yetirilməsi;
Zərurət yarandıqda regionlara ezamiyyətlərdə iştirak.
İş şəraiti:
İş qrafiki: 5 günlük (09:00-18:00)
Ünvan: Nərimanov rayonu, Məmməd Araz 18
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Biotibbi mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Əlavə suallar üçün 055-440-74-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Son müraciət tarixi: 19.12.2026
© AzəriMed MMC · jobsearch.az · Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.
Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.