Prayk

İstedadların cəlbi və yerləşdirilməsi üzrə mütəxəssis

По договорённости
ПровереноВчера
Категория
HR, кадры
Дата
Просмотры
8
Номер
№5943398

Описание

Təsvir Şirkətin işəgötürən brendinin tanıdılması və əmək yarmarkalarında, universitetlərin karyera günlərində, konfranslarda və digər İR tədbirlərində şirkətin təmsil edilməsi; Mövcud vakansiyaların təhlil edilməsi, vəzifə tələblərinə uyğun iş elanlarının hazırlanması və müvafiq işə qəbul platformalarında yerləşdirilməsi; Vakansiyalar üzrə namizədlərin müxtəlif mənbələrdən və axtarış kanallarından cəlb edilməsi; Daxil olan CV-lərin vakansiya tələblərinə uyğun ilkin dəyərləndirilməsi və potensial namizədlərin müəyyənləşdirilməsi; Namizədlərlə ilkin və növbəti mərhələlər üzrə müsahibələrin keçirilməsi, bilik və bacarıqlarının qiymətləndirilməsi; Namizədlərin seçim prosesinin koordinasiyası və müsahibə mərhələlərinin vaxtında təşkil edilməsi; İşə qəbul prosesinin gedişatı barədə aidiyyəti struktur rəhbərlərinin mütəmadi məlumatlandırılması; Yeni əməkdaşların işə qəbul prosesinin koordinasiyası və aidiyyəti struktur bölmələrinin vaxtında məlumatlandırılması; İşə qəbul agentlikləri, universitetlər və digər tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi; Şirkətin namizəd bazasının mütəmadi yenilənməsi və genişləndirilməsi; İşə qəbul fəaliyyəti üzrə hesabatların hazırlanması, müvafiq göstəricilərin izlənilməsi və təhlil edilməsi; İşə qəbul prosesinin effektivliyinin və namizədlərin müsbət təcrübəsinin təmin edilməsi. Tələblər Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin İdarə Edilməsi, Psixologiya və əlaqəli ixtisaslara üstünlük verilir); İnsan Resursları sahəsində, xüsusilə işə qəbul istiqamətində minimum 2 il iş təcrübəsi (pərakəndə satış sektorunda iş təcrübəsi üstünlükdür); Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı, ingilis dili biliyi üstünlükdür; İşə qəbul prosesinin müxtəlif mərhələləri, namizəd axtarışı və müsahibələrin aparılması üzrə praktiki biliklər; Müxtəlif axtarış kanalları və işə qəbul platformaları ilə işləmək bacarığı; MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı; Güclü analitik düşünmə və namizədləri qiymətləndirmə qabiliyyəti; Yüksək ünsiyyət və təqdimat bacarıqları; Müxtəlif xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı; Vaxtın düzgün idarə edilməsi və bir neçə vakansiya üzrə paralel işləmək bacarığı; Nəticəyönümlülük, məsuliyyətlilik, təşəbbüskarlıq və operativlik; Dinamik iş mühitində işləməyə və yüksək iş tempinə uyğunlaşmağa hazır olmaq. Biz nə təklif edirik? Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Dinamik və müasir iş mühiti; Müasir və rahat ofis şəraiti; Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti; Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı. İş şəraiti: İş qrafiki: I–V günlər, 09:00–18:00; İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza. Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 13.12.2026

Источник объявления

Открыть оригинал объявления

© Kontakt Home jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА
WhatsApp