
Bakı9
Konstruktor / Mühəndis-konstruktor
Konstruktor / Mühəndis-konstruktor
По договорённости
Проверено3 нед. назад
ГородBakı
Дата
Просмотры9
Номер№3575259
Описание
Vəzifə öhdəlikləri
Tikinti layihələri üzrə konstruktiv həllərin hazırlanması və işlənməsi;
Metal, dəmir-beton və digər konstruksiyaların konstruktiv hesablamalarının aparılması;
İşçi çertyojların, konstruktiv planların və texniki sənədlərin hazırlanması;
Layihə və işçi sənədlərin texniki tələblərə və qüvvədə olan tikinti norma və standartlarına uyğunluğunun yoxlanılması;
AutoCAD və digər layihələndirmə proqramlarında konstruktiv çertyojların hazırlanması;
Konstruktiv layihələrin memarlıq və digər mühəndislik bölmələri ilə koordinasiyası;
Tikinti sahəsində layihə həllərinin tətbiqinə texniki dəstəyin göstərilməsi;
Layihə ilə faktiki tikinti vəziyyəti arasında yaranan uyğunsuzluqların müəyyən edilməsi və konstruktiv həllərin hazırlanması;
Tikinti sahəsində ölçülərin, konstruktiv elementlərin və görülən işlərin layihəyə uyğunluğunun yoxlanılması;
Lazım gəldikdə müəllif nəzarəti və sahə baxışlarında iştirak;
As-Built sənədlərinin hazırlanmasında iştirak;
Layihə üzrə tələb olunan texniki hesabatların, spesifikasiyaların və iş həcmlərinin hazırlanması;
Layihə rəhbəri və digər mühəndislərlə koordinasiyalı şəkildə çalışmaq.
Namizədə tələblər
İnşaat mühəndisliyi, konstruksiya mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Konstruktor / mühəndis-konstruktor vəzifəsində minimum *2 il iş təcrübəsi*;
Metal və dəmir-beton konstruksiyaların layihələndirilməsi və hesablanması üzrə praktiki bilik;
Konstruktiv layihələri və işçi çertyojları oxuma və təhlil etmə bacarığı;
AutoCAD proqramında sərbəst işləmək;
Tekla Structures, Revit, ETABS, SAP2000, LIRA və ya digər konstruktiv proqramlardan birində işləmək bacarığı üstünlükdür;
Tikinti norma və standartları, o cümlədən *AzDTN, SNiP, SP, Eurocode* üzrə bilik;
Texniki sənədləşmə və hesabatların hazırlanması bacarığı;
MS Office proqramlarında, xüsusilə *Excel və Word*-də işləmə bacarığı;
Analitik düşüncə və texniki problemləri operativ həll etmək bacarığı;
Komandada işləmək və digər mühəndislik istiqamətləri ilə effektiv koordinasiya qurmaq bacarığı;
Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq;
Tikinti sahəsində operativ işləməyə və zəruri hallarda sahə baxışlarında iştirak etməyə hazır olmaq.
İş şərtləri
İş rejimi: Tam iş günü
İş yeri: Bakı şəhəri / tikinti layihələri
Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir.
Biz nə təklif edirik?
Peşəkar və dinamik iş mühiti;
Real tikinti layihələrində iştirak imkanı;
Peşəkar inkişaf və karyera imkanları;
Komanda daxilində əməkdaşlıq və inkişaf mühiti;
Əmək müqaviləsi ilə rəsmiləşdirmə.
Maraqlanan namizədlər CV-lərini göndərərkən mövzu hissəsində “Konstruktor” qeyd etməlidirlər.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/196195/konstruktor-muhendis-konstruktor
РЕКЛАМА



