Prayk
Korporativ Satış Mütəxəssisi — Satış, Bakı
800 ₼

Korporativ Satış Mütəxəssisi

Проверено1 мес. назад
Город
Bakı
Категория
Продажи
Дата
Просмотры
7
Номер
№2139064

Описание

Buta Park MMC tikinti və inşaat, tikinti materiallarının təchizatı, informasiya texnologiyaları və mühəndis-texniki həllər sahəsində fəaliyyət göstərən çoxprofilli şirkətdir. Şirkətimiz tikinti layihələrinin icrası, İT infrastrukturlarının qurulması, təhlükəsizlik, video-müşahidə, yanğın siqnalizasiya, girişə nəzarət və digər texnoloji sistemlərin təchizatı və quraşdırılması üzrə kompleks həllər təqdim edir. Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma. İş şəraiti: * İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00; * İş yeri: Buta Park MMC ; * Əməkhaqqı: Sabit əməkhaqqı və satış nəticələrinə uyğun bonus; * Əməkhaqqının məbləği namizədin təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək; * Mobil rabitə və işgüzar səfər xərclərinin qarşılanması; * Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; * Peşəkar inkişaf və karyera yüksəlişi imkanı. Qeyd: Yalnız tikinti sektorunda korporativ satış təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur. CV göndərərkən mövzu hissəsinə vakansiyanın adını qeyd edin zəhmət olmasa. Əmək haqqı: Fix+bonus Tələblər: * Ali təhsil; * Tikinti sektorunda korporativ satış üzrə minimum 2–3 il iş təcrübəsi; * Tikinti, təmir, layihələndirmə, MEP və ya tikinti materiallarının satışı sahələrindən ən azı biri üzrə təcrübə; * Tikinti şirkətləri, developer, podratçı və korporativ sifarişçilərlə işləmək təcrübəsi; * Tenderlər, kommersiya təklifləri və müqavilələrlə işləmək bacarığı; * Tikinti işlərinin və texniki sənədlərin ümumi mahiyyətini anlamaq bacarığı; * B2B satış və danışıqların aparılması üzrə güclü bacarıqlar; * Aktiv korporativ müştəri bazasının olması üstünlükdür; * Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; * Rus və ingilis dili biliyi üstünlükdür; * Microsoft Office və CRM proqramlarında işləmək bacarığı; * Təqdimat, ünsiyyət və inandırma bacarığı; * Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyət; * Şəxsi avtomobilin olması üstünlükdür. Vəzifə öhdəlikləri: * Tikinti sektorunda yeni korporativ müştərilərin axtarılması və şirkətlə əməkdaşlığa cəlb edilməsi; * Dövlət və özəl tikinti layihələrinin araşdırılması, potensial satış imkanlarının müəyyənləşdirilməsi; * Tikinti, təmir, layihələndirmə, mühəndis sistemləri və əlaqəli xidmətlərin korporativ müştərilərə təqdim edilməsi; * Developer, baş podratçı, subpodratçı, layihəçi, istehsal və digər şirkətlərlə işgüzar əlaqələrin qurulması; * Müştərilərin ehtiyaclarının öyrənilməsi və uyğun kommersiya həllərinin hazırlanması; * Obyektlərə baxışların və müştəri görüşlərinin təşkili; * Texniki şöbə ilə birlikdə iş həcmlərinin müəyyənləşdirilməsi və qiymət təkliflərinin hazırlanması; * Kommersiya təkliflərinin müştərilərə təqdim edilməsi və müzakirələrin aparılması; * Tenderlərin və satınalma elanlarının mütəmadi izlənilməsi; * Tender və kotirovka sorğuları üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak; * Texniki tapşırıqların, iş həcmlərinin və satınalma şərtlərinin təhlil edilməsi; * Qiymət, ödəniş, icra müddəti və digər kommersiya şərtləri üzrə danışıqların aparılması; * Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak; * Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə edilməsi; * Müqavilə bağlandıqdan sonra layihənin icra vəziyyətinin və müştəri məmnuniyyətinin izlənilməsi; * Debitor borclarının və müştərilərdən ödənişlərin vaxtında daxil olmasının nəzarətdə saxlanılması; * Mövcud müştərilərlə davamlı əlaqələrin qurulması və təkrar satışların artırılması; * Aylıq və illik satış planlarının yerinə yetirilməsi; * Satış nəticələri, potensial layihələr və müştəri görüşləri üzrə rəhbərliyə hesabatların təqdim edilməsi; * Tikinti bazarının, rəqiblərin və qiymət dəyişikliklərinin araşdırılması; * Şirkətin bazarda tanıdılması və korporativ müştəri bazasının genişləndirilməsi. Maaş: 800-1200 AZN Yaş: 25-50 Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Источник объявления

Открыть оригинал объявления

© Buta Park boss.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА
WhatsApp