
7
Satış üzrə Mütəxəssis

По договорённости
Satış üzrə Mütəxəssis
ПровереноВчера
Дата
Просмотры7
Номер№5383449
Описание
Namizədə olan tələblər:
Ali təhsil;
Ağır texnika, tikinti, avtomobil və ya avadanlıq sahəsində kommersiya satışı üzrə minimum 2 il təcrübə;
Müştərilərlə münasibət qurmaq, təklif hazırlamaq və danışıqlar aparmaq bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı; ingilis dilində ünsiyyət bacarığı; rus dili üstünlükdür;
Excel və ofis proqramlarında işləmək bacarığı;
Ezamiyyətlərə və səfərlərə hazır olmaq;
B kateqoriya sürücülük vəsiqəsi
Vəzifə öhdəlikləri:
Ağır texnikanın kommersiya satışını planlaşdırmaq və həyata keçirmək;
Potensial və mövcud müştərilərlə əlaqə qurmaq, onların ehtiyaclarını müəyyən etmək;
Texniki xüsusiyyətlərə əsaslanaraq məhsulların təklif və qiymət təkliflərini hazırlamaq;
Müqavilələrin bağlanması üçün danışıqlar aparmaq və şərtləri razılaşdırmaq;
Satış planlarının icrasını izləmək və satış göstəricilərinin hesabatını hazırlamaq;
Bazarı və rəqabət mühitini öyrənmək, yeni satış imkanlarını müəyyən etmək;
Müştəri bazasını və satış əməliyyatlarına dair məlumatları sistemli şəkildə qeyd etmək;
Satış sənədləşməsini hazırlamaq və daxili şöbələrlə (texniki, hüquqi, maliyyə) əməkdaşlıq etmək;
Müştərilərə satışdan sonrakı dəstək göstərilməsində iştirak etmək.
İş şərtlərimiz:
Əmək haqqı: müsahibə əsasında;
Ünvan: Lökbatan Dairesi Salyan Şossesi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 30.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/ramma-satis-uzre-mutexessis-155167
РЕКЛАМА







