Prayk
Regionlər üzrə Satış Təmsilçisi — Satış
По договорённости

Regionlər üzrə Satış Təmsilçisi

ПровереноСегодня
Категория
Продажи
Дата
Просмотры
6
Номер
№5379864

Описание

Şirkətimiz Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərəcək, satış sahəsində təcrübəyə və müvafiq müştəri bazasına malik Satış Təmsilçiləri axtarır. İş əraziləri və hədəf müştəri sektorları: Şimal zonası Ərazi: Quba, Xaçmaz, Qusar Hədəf sektorlar: Meyvə-tərəvəz anbarları, aqroparklar və kənd təsərrüfatı müəssisələri. 2Cənub zonası Ərazi: Lənkəran, Astara, Masallı, Cəlilabad Hədəf sektorlar: Kənd təsərrüfatı, balıqçılıq və ərzaq emalı müəssisələri. Qərb zonası Ərazi: Gəncə, Şəmkir, Tovuz, Qazax Hədəf sektorlar: Meyvə-tərəvəz anbarları, süd zavodları, quşçuluq təsərrüfatları, aqrar müəssisələr, hotel və restoranlar. Mərkəzi və Qarabağ zonası Ərazi: Yevlax, Bərdə, Ağcabədi, Ağdam, Şirvan Hədəf sektorlar: Logistika və istehsal müəssisələri, soyuducu anbar obyektləri, hotel və restoranlar. Əsas vəzifə və öhdəliklər: Təyin olunmuş region üzrə yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi; Müəssisələrin rəhbərləri və qərarverici şəxslərlə işgüzar əlaqələrin qurulması; Məhsul və xidmətlərin təqdim edilməsi, kommersiya təkliflərinin hazırlanması; Potensial müştərilərlə görüşlərin keçirilməsi və əməkdaşlıq imkanlarının qiymətləndirilməsi; Satış planlarının yerinə yetirilməsi və mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi; Bazarın araşdırılması və yeni satış imkanlarının müəyyənləşdirilməsi. Namizədə dair tələblər: Satış sahəsində 1–3 il iş təcrübəsi; Müvafiq region üzrə hədəf sektorlarında fəaliyyət göstərən müştəri bazasının və ya mövcud işgüzar əlaqələrin olması; Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı; Yeni müştərilər cəlb etmək və uzunmüddətli əməkdaşlıq qurmaq bacarığı; Şəxsi avtomobilinin və sürücülük vəsiqəsinin olması; Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq. İş şəraiti: Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək; İş qrafiki: Sərbəst; Bonus: Satış nəticələrinə uyğun əlavə bonus imkanları. Vacib qeyd: Namizədlər müraciət etdikləri region üzrə ayrıca qiymətləndiriləcəklər. Hər bir Satış Təmsilçisi yalnız müraciət etdiyi və seçdiyi ərazi üzrə fəaliyyət göstərəcək.Namizədin müvafiq regionda yaşaması və ya həmin ərazini yaxşı tanıması, eləcə də orada mövcud müştəri əlaqələrinə malik olması üstünlük deyil, əsas tələb kimi nəzərdə tutulur.Bir region üzrə müraciət edən namizədin başqa regiona yönləndirilməsi nəzərdə tutulmur. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı formatdan istifadə edilməsi xahiş olunur: Müraciət edilən region – Regionlar üzrə Satış Təmsilçisi vakansiyası Nümunə: Şimal zonası – Regionlar üzrə Satış Təmsilçisi vakansiyası Son müraciət tarixi: 30.11.2026

Источник объявления

Открыть оригинал объявления

© Titan Group jobsearch.az — Текст, фотографии и другие материалы объявления принадлежат их правообладателям.

Текст, цена и контактный номер сохраняются как в источнике и автоматически синхронизируются. Prayk лишь показывает объявление большему числу покупателей, проводит анализ рынка, проверяет надёжность источника и объявления и с помощью анализа фотографий пресекает копирование объявлений. Если вы автор или правообладатель, вы можете подтвердить право на объявление по номеру телефона из объявления или запросить удаление.

РЕКЛАМА
WhatsApp