Prayk

Prorab (Tikinti işləri üzrə)

1 500 ₼
Проверено3 нед. назад
Город
Bakı
Дата
Просмотры
17
Номер
№3889104

Описание

Əsas vəzifə öhdəlikləri: Tikinti və təmir işlərinin sahədə gündəlik təşkili və icrasına nəzarət; İşçi və ustalar arasında iş bölgüsünün aparılması və görülən işlərin koordinasiyası; İşlərin layihə, texniki çertyoj və müəyyən edilmiş iş həcminə uyğun yerinə yetirilməsinə nəzarət; Beton, hörgü, suvaq, boya, döşəmə, üzlük və digər ümumi tikinti-təmir işlərinin icrasına nəzarət; Tikinti materiallarına olan tələbatın müəyyən edilməsi və materialların düzgün istifadəsinə nəzarət; Görülən işlərin keyfiyyətinin və müəyyən edilmiş müddətlərə uyğunluğunun yoxlanılması; Sahədə yaranan texniki məsələlərin operativ həllinin təmin edilməsi; Gündəlik görülən işlərin və işçi qüvvəsinin izlənilməsi; Layihə rəhbərliyinə işlərin gedişatı barədə məlumat və hesabatların təqdim edilməsi; Sahədə HSE və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət. Namizədə tələblər: Tikinti sahəsində Prorab və ya oxşar vəzifədə minimum 3-5 il iş təcrübəsi; Ümumi tikinti, təmir və rekonstruksiya işləri üzrə praktiki bilik və təcrübə; Texniki çertyojları oxuma və işləri çertyoja uyğun təşkil etmə bacarığı; Tikinti materialları və iş texnologiyaları üzrə yaxşı bilik; İşçi və usta heyətini idarə və koordinasiya etmək bacarığı; İşlərin həcmini və keyfiyyətini yerində qiymətləndirmək bacarığı; Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq; Sahədə yaranan problemləri çevik şəkildə həll etmək bacarığı. Ünvan: Caspian Plaza Əmək haqqı: 1500 AZN Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tikinti üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər. Sadəcə vakansiya tələblərinə cavab verən namizədlərin cv-ləri dəyərləndiriləcək. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/196612/prorab-tikinti-isleri-uzre
РЕКЛАМА