Prayk

Servis Mühəndisi (Field Service Engineer)

800 ₼
ПровереноВчера
Город
Bakı
Дата
Просмотры
2
Номер
№4904046

Описание

Əsas vəzifələr Tibbi, estetik, dermatoloji və stomatoloji avadanlıqların quraşdırılması və istismara verilməsi; Müştəri ünvanlarında avadanlıqların texniki diaqnostikası və təmirinin həyata keçirilməsi; Planlı profilaktik texniki xidmətlərin həyata keçirilməsi; Avadanlıqlarda yaranan hardware və software problemlərinin müəyyən edilməsi və aradan qaldırılması; Nasaz ehtiyat hissələrinin və modulların müəyyən edilməsi və dəyişdirilməsi; Avadanlıqların kalibrasiyası, texniki göstəricilərinin və təhlükəsizlik parametrlərinin yoxlanılması; Müştərilərə məsafədən texniki dəstəyin göstərilməsi; Avadanlıqların düzgün istifadəsi və gündəlik texniki qulluq qaydaları üzrə müştərilərə ilkin təlimlərin keçirilməsi; Görülmüş işlərlə bağlı servis hesabatlarının və texniki sənədlərin hazırlanması; Texniki problemlərin həlli məqsədilə xarici istehsalçıların mühəndisləri və texniki dəstək komandaları ilə ingilis dilində yazılı və şifahi kommunikasiyanın aparılması; İstehsalçıların texniki manual, servis təlimatları və digər texniki sənədləri ilə işləmək; Bakı və Azərbaycanın digər bölgələrində müştəri ünvanlarına servis səfərlərinin həyata keçirilməsi; İl ərzində ehtiyac yarandıqda xaricdə istehsalçıların texniki təlimlərində iştirak etmək. Namizədə tələblər Elektrik Mühəndisliyi, Elektronika Mühəndisliyi, Mexatronika, Biotibbi Mühəndislik, Avtomatlaşdırma və İdarəetmə, Telekommunikasiya/Radio Mühəndisliyi və ya digər uyğun texniki ixtisas üzrə ali və ya texniki təhsil; Servis, texniki xidmət və ya mühəndislik sahəsində 1-2 il iş təcrübəsi üstünlük hesab olunur; Güclü texniki biliklərə malik yeni məzunların müraciətləri də nəzərdən keçiriləcək; Tibbi avadanlıqlarla iş təcrübəsi üstünlükdür, lakin mütləq tələb deyil; Elektrik və elektronika üzrə baza bilikləri; Texniki problemlərin sistemli şəkildə diaqnostikası və həlli bacarığı; İngilis dili – minimum B2 səviyyəsi (mütləqdir); Texniki sənədləri və servis manual-larını ingilis dilində oxumaq və anlamaq bacarığı; Rus dilini bilmək üstünlük hesab olunur; B kateqoriyalı sürücülük vəsiqəsi (mütləqdir); Azərbaycan daxilində ezamiyyətlərə və zərurət yarandıqda xarici texniki təlimlərə hazır olmaq; Müştərilərlə peşəkar ünsiyyət qurmaq bacarığı; Məsuliyyətli, punktual və nəticəyönümlü olmaq; Müstəqil işləmək və operativ qərar vermək bacarığı; Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə yüksək motivasiya. İş şəraiti İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00 Şənbə: 09:00 – 15:00 İş yeri: ARASH Company, F. İbrahimbəyov küç. 19, Bakı və müştəri ünvanları İş rejimi: Tam ştat Əməkhaqqı: 800 AZN NET Sınaq müddəti: 3 ay Sınaq müddətində sabit əməkhaqqı ödənilir; 3 aylıq sınaq müddəti uğurla başa çatdıqdan sonra sabit əməkhaqqına əlavə olaraq performansa əsaslanan bonus sistemi tətbiq olunur; Servis səfərləri ilə əlaqədar yanacaq xərcləri şirkət tərəfindən qarşılanır. Biz nə təklif edirik? Beynəlxalq tibbi avadanlıq istehsalçıları ilə birbaşa işləmək imkanı; İstehsalçıların yerli və xarici texniki təlimlərində iştirak; Xaricdə keçirilən ixtisaslaşmış servis və mühəndislik təlimlərində iştirak perspektivi; Praktiki olaraq müxtəlif və yüksək texnologiyalı avadanlıqlarla işləmək imkanı; Peşəkar inkişaf və karyera yüksəlişi; Performansa əsaslanan bonus sistemi; İş üçün zəruri texniki alətlər və avadanlıqlar; İş üçün noutbuk; Korporativ mobil nömrə; Ofisdə ödənişsiz nahar; Korporativ tədbirlər və komanda fəaliyyətləri. Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Məktubun mövzu hissəsində “Servis Mühəndisi” qeyd etməyiniz xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/199853/servis-muhendisi-field-service-engineer
РЕКЛАМА