
Anbar müdiri (Sabirabad)

Anlaşmalı
Anbar müdiri (Sabirabad)
Kontrol edildiDün
ŞehirSabirabad
Tarih
Numara№3570916
Açıklama
Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərinə nəzarət etmək;Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla, növlərinə görə yığılması və yerləşdirilməsinə nəzarət etmək;Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək, istisna hallar barədə dərhal mühasibatlığı məlumatlandırmaq;Anbardan malların yalnız şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə verilməsinə nəzarət etmək;Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları müəyyənləşdirmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;Anbar əməliyyatlarının uçotu və hesabatlarının aparılmasına rəhbərlik etmək;İlkin uçot sənədlərinin qəbulunu həyata keçirmək və onları uçota hazırlamaq;Aylıq balans hesabatlarının və izahlı əlavələrin hazırlanmasına, düzgünlüyünün yoxlanmasına və mühasibatlığa təqdim edilməsinə nəzarət etmək;Rüblük anbar sayımlarını təşkil etmək;Malların anbara qəbulu, mühafizə olunmuş şəkildə kateqoriyalara uyğun rəf kodlarına düzgün yerləşdirilməsi və lazım olan avadanlıq, inventar və s. vasitələrin təcili axtarılmasının asanlaşdırılmasına rəhbərlik etmək;Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət olunmasını təmin etmək və müəyyən olunmuş hesabatın tərtibinə nəzarət etmək;Anbarda təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılması, malların mühafizəsi və vaxtında ünvana qaytarılmasına nəzarət etmək;Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;Həm şöbə daxilində, həm də şirkətin digər şöbələri ilə sənədləşmənin təmin edilməsinə nəzarət etmək;Anbar təsərrüfatı üzrə istehsal proseslərinin, əməyin təşkili və əmək şəraitinin öyrənilməsi, əmək məhsuldarlığının artım ehtiyatlarının aşkar edilməsi işlərinə rəhbərlik etmək;Anbarlarda və sahələrdə iş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin fənd və metodlarından istifadə, ağır fiziki əməyin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması və əməyin elmi təşkilinin bütün istiqamətlərindən istifadə edilməsi işlərini təşkil etmək;Mədaxil-məxaric sənədlərinin tərtib olunması və təhvil verilməsi qaydalarına riayət olunmasını, həmçinin hesabatların düzgün aparılmasını təmin etmək.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Rəhbər
Şirkət: Prime Cotton
Yer: Sabirabad, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/primecotton/primecotton-anbar-mudiri-sabirabad-83150382/apply
Benzer ilanlar















