
1C Operator
1C Operator
500 ₼
YoxlanılıbDünən
Təsvir
Şəkilli CV –ni [email protected] mail adresinə 1C operator başlığı ilə göndərməyiniz xahiş olunur.
İş saatı saat 09 00 -dan 19:00-dək
Həfədə 1 gün istirahət günüdür.
Güllərin topdan satışı ilə məşquluq.
İş yeri Şəhər- Bakı - Maliyyə Nazirliyinin yaninda yerləşir.
Tələblər:
Son dərəcə dürüst, etibarlı, və dəqiq olmaq
Maliyyə intizamına və etik prinsiplərə ciddi əməl etmək
Texniki avadanlıqlarla (POS-terminal, bank cihazları, printer və s.) işləmək təcrübəsi
1C, MS Excel kimi proqramlarda işləmək bacarığı, Satış bacarığı olanlara üstünlük veriləcəkdir.
Xanım namizədlər axtarılır.
Vəzifə öhdəlikləri:
Kassa əməliyyatlarının aparılması
Müştərilərdən nağd və ya nağdsız (POS-terminal, bank köçürməsi, QR, onlayn ödənişlər və s.) ödənişlərin qəbulu və düzgün sənədləşdirilməsi
Gündəlik əməliyyatların elektron kassa proqramında qeydiyyatı (e-kassa, 1C)
Kassa daxilolmaları və məxaric sənədlərinin tam və düzgün doldurulması
İstifadə edilən pul vəsaitlərinin sayılması, düzgünlüyünün yoxlanılması və hesabatlarda əks etdirilməsi
Çeklərin, qəbzlərin və hesabat sənədlərinin düzgün verilməsi və saxlanması
Kassa sənədlərinin və gündəlik hesabatların aparılması
Hər günün sonunda kassa hesabatlarının hazırlanması və mühasibatlığa təqdim olunması
Kassa qalığı və real pul vəsaiti arasında fərqlərin olmamasına nəzarət
Ödəniş terminallarının hesabatlarını çıxartmaq və sistemlərlə uzlaşdırmaq
Məsuliyyət daşıdığı kassanın gündəlik pul balansının düzgün aparılması
Müştəri xidməti və etik davranış
Müştərilərlə nəzakətli, səbirli və diqqətli ünsiyyət qurmaq
Mübahisəli hallarda sakit və peşəkar davranaraq vəziyyəti düzgün idarə etmək
Müştəri ödənişi ilə bağlı yaranan hər hansı texniki problemi dərhal aidiyyəti şöbəyə yönləndirmək
Etik qaydalara və müəssisənin daxili prosedurlarına riayət etmək
Təhlükəsizlik və nəzarət funksiyaları.
Kassaya daxil olan pul vəsaitlərinin fiziki təhlükəsizliyini təmin etmək.
Saxta əskinasların tanınması üzrə ilkin biliklərə sahib olmaq və şübhəli halları rəhbərliyə bildirmək.
POS-terminal, kassa aparatı, kompüter və printerlərin texniki vəziyyətinə nəzarət.
Hər hansı nasazlıq zamanı texniki heyətə vaxtında məlumat vermək.
Maaş: 500-800 AZN
Yaş: 22-30
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən aşağı
Elanın mənbəyi
Orijinal elanı aç© Flora Holland boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
Bənzər elanlar


Hr












