Prayk
4 otaqlı Həyət evi Satılır, Müşfiqabad qəs., Qaradağ, Bakı — Ev, villa, Bakı
145 000 ₼

4 otaqlı Həyət evi Satılır, Müşfiqabad qəs., Qaradağ, Bakı

Qiymət oxşar elanlarla eyni aralıqdadır
Bu elan
ucuzoxşar elanların çoxubaha
Ətraflı analiz
Oxşar 30 elanın orta qiyməti 105 000 ₼ — bu elan təxminən 40 000 ₼ (38%) bahadır.
Oxşar elanların çoxu bu aralıqdadır: 79 250 ₼ – 145 000 ₼
m² qiyməti 345 ₼ · Qaradağ medianı 750 ₼ · 54 % ucuz · Rayon qiymətləri
Yoxlanılıbİşlənmiş5 gün əvvəl
ŞəhərBakı
Əməliyyat növüSatış
Əmlakın növüHəyət evi / Bağ / Villa
Otaq sayı4
Sahə420 m²
Torpaq sahəsi4 sot
Mərtəbə sayı3

№6178960·Baxışlar: 45

Təsvir

Müşfiqabad qəsəbəsi, Yeni Yaşayış massivində, qəbiristanlıq istiqamətində gedən yolun yaxınlığında 3 mərtəbəli fərdi yaşayış evi satılır. Ev asfalt örtüklü, işıqlandırılan küçədə, 4 sot torpaq sahəsində yerləşir. Əlavə olaraq 2 sot həyətyanı sahəsi var. Ev şəxsi istifadə üçün möhkəm tikilib. Divarları qoşa daşla hörülüb, mərtəbələrarası örtüklər 40 sm qalınlığında monolit betondandır. Birinci mərtəbədə 2 otaq və geniş zal yerləşir. Otaqlardan birinin küçəyə açılan qapısı və pəncərəsi var, kommersiya obyekti kimi istifadə oluna bilər. İkinci mərtəbədə böyük zal, 2 yataq otağı, mətbəx və sanitar qovşaq, üçüncü mərtəbədə isə geniş zal, 3 otaq və sanitar qovşaq mövcuddur. Evin geniş və çoxsaylı pəncərələri otaqların təbii işıqla yaxşı təmin olunmasına imkan yaradır. İstilik sistemi kombidir, əlavə olaraq İran sobasından da istifadə etmək mümkündür. Qaz, su, işıq, telefon və internet xətləri mövcuddur. Evin arxasında kiçik bağça, əlavə 2 sot həyətdə isə 7 tonluq su hovuzu və 2 yarımçıq tikili var. Tikililərin fundamenti möhkəmdir və tamamlanaraq kirayə məqsədilə istifadə oluna bilər. Əlavə həyətin ayrıca giriş-çıxışı, qaz və su sayğacları mövcuddur. 320 nömrəli məktəbə 5 dəqiqəlik piyada, qəsəbə mərkəzinə isə avtomobillə 3–5 dəqiqəlik məsafədə yerləşir. Sənədi 2007-ci il tarixli bələdiyyə sənədidir. Yaşayış qeydiyyatı sənədi mövcuddur və alıcıların ünvana qeydiyyata düşməsi mümkündür. Ev köçməklə əlaqədar satılır. Alıcı istədiyi ustanı gətirərək tikilinin vəziyyətini yoxlada bilər. Əlavə foto və videoları WhatsApp vasitəsilə əldə etmək mümkündür.

Elanın mənbəyi

Orijinal elanı aç

© Elan sahibi evv.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM