Prayk
5 otaqlı həyət evi, 300 m², Lehis baglari,28ci dalan — Ev, villa, Bakı
742 000 ₼

5 otaqlı həyət evi, 300 m², Lehis baglari,28ci dalan

Oxşar elanların çoxundan bahadır
Oxşar 1153 elanın orta qiyməti 95 000 ₼ — bu elan təxminən 650 000 ₼ (681%) bahadır.
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 68 500 ₼ – 135 000 ₼
Belə elanlar orta hesabla 6 günə bağlanır
Satıcıya 95 000 ₼ təklif edə bilərsiniz — oxşar elanların orta qiyməti təxminən budur.
m² qiyməti 2 473 ₼ · Sabunçu medianı 898 ₼ — 175 % baha · Rayon qiymətləri
41Elan balıZəif təklifQiymət, elanın tarixçəsi və satıcı məlumatına görə 100 baldan 41. Diqqət tələb edən məqam: 1.Balın izahına bax
SatılırKopyaİşlənmişBu gün
Şəhər
Bakı
Əməliyyat növü
Satış
Əmlakın növü
Həyət evi / Bağ / Villa
Otaq sayı
5 və daha çox
Sahə
300 m²
Torpaq sahəsi
24 sot
Mərtəbə sayı
2
Əşyalı
Bəli
Tarix
Baxışlar
3
Nömrə
№5990471

Təsvir

Satılır – Ləhiş Bağları, 28-ci dalan (Quru tərəf) | Premium Həyət Evi Ləhiş Bağlarının 28-ci dalanında (quru tərəf), əsas yoldan cəmi 150 metr məsafədə yerləşən, 23,5 sot torpaq sahəsində inşa edilmiş 300 m² sahəli, tam təmirli, 2 mərtəbəli premium həyət evi satışa təqdim olunur. Ev funksional və rahat planlaşdırmaya malikdir. Burada geniş zal, böyük mətbəx və ayrıca yemək otağı, 4 geniş yataq otağı yerləşir. Yataq otaqlarından biri master bedroom olub, özünə məxsus sanitar qovşağı və qarderob otağı ilə təchiz edilib. Evin geniş holu, hər mərtəbədə ayrıca sanitar qovşağı, 2 eyvan, 2 veranda və tam istifadəyə yararlı bağlı çardağı mövcuddur. İstilik sistemi kombidir. Hazırda hər mərtəbəyə ayrıca xidmət göstərən 2 kombi quraşdırılıb, üçüncü kombinin quraşdırılması üçün bütün kommunikasiya hazır vəziyyətdədir. Bütün otaqlar kondisionerlə təchiz olunub. Evin interyerində yüksək keyfiyyətli mebel və qapılardan istifadə olunub. Evin və həyətdə yerləşən bütün tikililərin fasadı təbii Ağlay daşı ilə üzlənib, bu isə tikililərə həm möhtəşəm görünüş, həm də uzunömürlülük qazandırır. Həyətdə 12×5 metr ölçüdə, mozaika və mərmərlə işlənmiş skimmer sistemli hovuz, 2 avtomobillik qaraj, ayrıca hamam və sanitar qovşağı yerləşir. Bundan əlavə, 120 m² əlavə tikili mövcuddur. Tikilinin 60 m²-i açıq, 60 m²-i qapalı hissədən ibarətdir. Qapalı hissə sauna, hamam və qapalı istirahət zonası kimi layihələndirilib və tamamlanma mərhələsindədir. Torpaq sahəsinin 10 sotunda premium avtomatik suvarma sistemi ilə təchiz edilmiş qazon, 6 sotunda isə açıq yaşıllıq sahəsi mövcuddur. Həyətin döşəməsində yüksək keyfiyyətli “Vibraston” istehsalı olan “İçərişəhər” seriyalı tamet daşlarından istifadə olunub. Jalüz tipli giriş qapısı quraşdırılıb. Ərazi limon kiparisləri və piramidal kiparislərlə zövqlə yaşıllaşdırılıb. Yüksək keyfiyyətli tikintisi, geniş torpaq sahəsi, premium həyət infrastrukturu və əlverişli yerləşməsi ilə bu əmlak həm daimi yaşayış, həm də bağ evi üçün ideal seçimdir. Sanuzel: 3 Şərait: parklanma, mühafizə, əşyalı, istilik sistemi, kondisioner, qabyuyan, paltaryuyan

Elanın mənbəyi

Orijinal elanı aç

© Vugar ev10.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp