Prayk
Alqoritmlərin sirri — Kitablar, Bakı
12.66 ₼

Alqoritmlərin sirri

SatılırAnaliz gedirİşlənmişDünən
Şəhər
Bakı
Kateqoriya
Kitablar
Tarix
Baxışlar
5
Nömrə
№5324835

Təsvir

Süni intellekt artıq sadəcə mətn yazan və suallara cavab verən proqram deyil. O, elmi araşdırmalara qoşulur; humanoid robotlar fiziki dünyada işləməyi öyrənir; robotlar cərrahlara mürəkkəb əməliyyatlarda kömək edir. Kosmik aparatlar milyonlarla kilometr uzaqda vəziyyəti qiymətləndirib qərar verməyə, avtonom laboratoriyalar isə insanın minimum müdaxiləsi ilə təcrübələr aparmağa doğru gedir. Bir vaxtlar yalnız insan zəkasına aid etdiyimiz öyrənmək, seçmək, qərar vermək və hərəkət etmək qabiliyyəti tədricən maşınlara keçir. Bəs bütün bu texnoloji inqilabın əsasında nə dayanır? Bəli, alqoritmlər! Tomas Kormenin “Alqoritmlərin sirri” kitabı müasir texnologiyanın bu görünməz məntiqini anlamaq istəyənlər üçün yazılıb. Proqramlaşdırmanı və riyaziyyatı bilmirsiniz? Problem yoxdur. Bu gün əsas məsələ hamının proqramçı olması deyil. Əsas məsələ insanın yaşadığı dünyanın hansı prinsiplərlə irəlilədiyini anlamasıdır. İnsan yaratdığı sistemlərin məntiqini anlamadıqca özünün yaratdığı dünyada yadlaşmaq təhlükəsi ilə üz-üzə qalır. Süni intellekt dövründə əsas sual “Maşın nə edə bilər?” deyil. Əsas sual budur: insan yaratdığı maşının necə işlədiyini anlayırmı? “Alqoritmlərin sirri” yalnız kompüter elmləri haqda kitab deyil. O, müasir dünyanın məntiqini anlamağa, gələcəyin təkcə istehlakçısı yox, həm də yaradıcılarından biri olmağa çağırışdır. Alqoritmləri anlamaq gələcəyin dilini anlamaqdır. Müəllif: Tomas H. Kormen Nəşriyyat: Teas Press Dil: AZE Cild: Yumşaq Səhifə sayı: 244

Elanın mənbəyi

Orijinal elanı aç

© libraff.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp