Prayk

Anbar üzrə mütəxəssis

Razılaşma yolu ilə
Yoxlanılıb6 gün əvvəl

№6113731·Baxışlar: 12

Təsvir

“Anbar üzrə mütəxəssis” vakansiyası üzrə(yalnız yerli namizədlərin müraciətləri nəzərdən keçiriləcək) CV-nizi göndərərkən mövzu hissəsində vakansiyanın adını qeyd etməyiniz xahiş olunur. CV-lərinizi aşağıdakı elektron poçt ünvanına göndərəbilərsiniz: Öhdəliklər Anbar əməliyyatlarının GMP tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, eləcə də keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin etmək; Müəyyən edilmiş prosedurlara uyğun olaraq malların qəbulu, məhsulların anbara daxil edilməsi və anbardan çıxarılması əməliyyatlarını, anbarın təşkili, ehtiyatların izlənilməsi və dövri inventar sayımlarını idarə etmək; SAP sistemi üzərindən anbar əməliyyatları ilə bağlı tranzaksiyaları həyata keçirmək və onlara nəzarət etmək; İstehsalatın fasiləsiz material təminatını təmin etmək məqsədilə İstehsalatın Planlaşdırılması, Satınalma və Logistika komandaları ilə sıx əməkdaşlıq etmək; Şöbəyə aid sənədləşmə proseslərini idarə etmək və müvafiq sənədlərin düzgün aparılmasını təmin etmək; Sistemin tətbiqi, inkişafı və davamlı təkmilləşdirilməsi layihələrində iştirak etmək; Tapşırıqların bölüşdürülməsi və əməliyyatlara nəzarət daxil olmaqla, gündəlik anbar fəaliyyətini planlaşdırmaq və koordinasiya etmək; Məhsulların göndəriş üçün dəqiq, tam və vaxtında hazırlanmasını təmin etmək; Dinamik iş mühitinə səmərəli uyğunlaşmaq, analitik düşüncə, problemləri həll etmək bacarığı və nəticəyönümlü yanaşma nümayiş etdirmək; Proseslərin təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması və sistemin inkişafı ilə bağlı təşəbbüslərdə iştirak etmək. Tələblər Müvafiq sahə üzrə bakalavr dərəcəsi (məsələn, Sənaye mühəndisliyi, Kimya mühəndisliyi və ya əlaqəli ixtisaslar); Anbar və logistika əməliyyatları sahəsində minimum 3 il iş təcrübəsi; Əczaçılıq, qida, kosmetika və ya kimya sənayesi kimi istehsalat sahələrində iş təcrübəsinə üstünlük verilir; Anbar idarəçiliyi, ehtiyatlara nəzarət, yüklərin göndərilməsi və logistika əməliyyatları üzrə praktiki təcrübə, həmçinin istehsalat və anbar proseslərinin koordinasiyasında aktiv iştirak; MS Office proqramlarından sərbəst istifadə bacarığı və ERP sistemləri ilə iş təcrübəsi (SAP biliklərinə üstünlük verilir); İngilis dilini yaxşı səviyyədə bilmək; Funksiyalararası layihələrdə və komanda mühitində iş təcrübəsi; Dəyişikliklərə və davamlı təkmilləşməyə açıq olmaq, liderlik təşəbbüsü göstərmək bacarığı, sistemin qurulması və idarəetmə təcrübələrinə uyğunlaşmaq. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/207139/anbar-uzre-mutexessis
REKLAM