
4
Anbardar

Razılaşma yolu ilə
Anbardar
YoxlanılıbBu gün
Tarix
Baxışlar4
Nömrə№4954755
Təsvir
Əsas vəzifələr
Anbardar təyin olunduğu sayt/layihə anbarında mal-material ehtiyatlarının qəbulu, saxlanması, uçotu və verilməsi üzrə gündəlik əməliyyatların düzgün və vaxtında icrasına görə məsuliyyət daşıyır.
Vəzifənin məqsədi anbarda olan ehtiyatların təhlükəsizliyini, dəqiq uçotunu və Baş Anbardara qarşı hesabatlılığı təmin etməkdir.
Anbara daxil olan mal-materialları müşayiət sənədləri (qaimə-faktura, TTN və s.) ilə tutuşdurmaqla qəbul etmək və keyfiyyət/say uyğunluğunu yoxlamaq.
Qəbul olunmuş mal-materialları müəyyən olunmuş qaydada anbarda yerləşdirmək, markalamaq və saxlama şəraitini təmin etmək.
Mal-materialların anbardan sərəncam sənədləri (tələbnamə, akt və s.) əsasında verilməsini həyata keçirmək.
Anbar qalıqlarının 1C proqramında gündəlik və dəqiq uçotunu aparmaq.
Anbarda mal-materialların hərəkəti üzrə ilkin uçot sənədlərini (mədaxil və məxaric orderləri) tərtib etmək.
Dövri və illik inventarizasiyalarda iştirak etmək, faktiki qalıqları sistem məlumatları ilə tutuşdurmaq.
Anbarda uyğunsuzluq (əskiklik, artıqlıq, zədə) aşkar edildikdə dərhal Baş Anbardara məlumat vermək.
Anbardar köməkçisinin və fəhlələrin gündəlik işini əlaqələndirmək və icrasına nəzarət etmək.
Yükləmə-boşaltma işlərinin təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək.
Anbar sahəsində təmizliyə, səliqəyə və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək.
Baş Anbardarın tapşırığı ilə digər əlaqəli işləri yerinə yetirmək.
Tələblər:
Ali təhsil
İş təcrübəsi tikinti sahəsində 1 il
Anbar sənədləşməsi (mədaxil-məxaric orderləri, tələbnamələr) üzrə bilik
1C proqramında anbar modulu üzrə iş bacarığıTəmkinli və səbirli olması vacibdir.
Stressə davamlılıq, dəqiqlik,
Bəy Namizədlər
Əlavə qeyd
Əmək haqqı işçinin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.
İş yeri: Bayıl, Xanlar küçəsi 10,
Həftə içi 5 gün, 09:00-18:00
Tikinti sahəsində təcrübəsi olması mütləqdir. Digər cv-lər qəbul edilməyəcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 21.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/sabah-group-anbardar-154407
REKLAM









