Prayk
Anbardar — Nəqliyyat, logistika, anbar
Razılaşma yolu ilə

Anbardar

YoxlanılıbBu gün
Tarix
Baxışlar
7
Nömrə
№5671419

Təsvir

Ümumi Baxış: Şirkət restoran, kafe, otel və digər iaşə obyektləri üçün birdəfəlik istifadə olunan məhsulların pərakəndə və topdan satışı sahəsində fəaliyyət göstərir. Şirkət fəaliyyətində keyfiyyət, operativ xidmət və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən etmişdir. Əsas vəzifələr: Anbara daxil olan malların say və çeşid üzrə qəbulunu həyata keçirmək; Qəbul edilən malların müvafiq sənədlərlə uyğunluğunu yoxlamaq; Malların anbar daxilində düzgün yerləşdirilməsini və çeşidlənməsini təmin etmək; Müxtəlif ünvanlarda yerləşən anbardakı malların mərkəzi anbara daşınmasının, qəbulunun və müvafiq qaydada yerləşdirilməsinin təmin edilməsi; Malların sifarişlərə uyğun hazırlanmasını və təhvil verilməsini təmin etmək; Anbarda mal qalığının düzgünlüyünə və saxlanma qaydalarına nəzarət etmək; Dövri inventarizasiyalarda iştirak etmək və faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək; Anbarda təmizlik, səliqə-sahman və iş qaydalarına riayət etmək; Aşkar edilmiş çatışmazlıqlar və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək; İş şərtləri: Rəsmi əmək müqaviləsi; 6 günlük iş qrafiki; Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək; Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək; Stabil iş mühiti və uzunmüddətli əməkdaşlıq imkanı. Tələblər: Anbardar vəzifəsi üzrə iş təcrübəsi arzuolunandır; Malların qəbulu, saxlanması və təhvil verilməsi qaydalarını bilmək; Say və çeşid üzrə diqqətli və dəqiq olmaq; Məsuliyyətli, intizamlı və operativ olmaq; Komandada işləmək bacarığı; Fiziki işə uyğunluq; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Mövzu hissəsində “Anbardar” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 06.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-anbardar-155692
REKLAM