
10
Anbardar köməkçisi
Anbardar köməkçisi
700 ₼
YoxlanılıbDünən
Tarix
Baxışlar10
Nömrə№4536664
Təsvir
İş şəraiti
İş yeri: “Uniyar” MMC, Əhmədbəy Ağaoğlu 61, ADA Universiteti
İş qrafiki: 08:00-17:00; 09:00-18:00;
Əmək haqqı: 700 AZN
Vəzifə öhdəlikləri:
Anbara daxil olan malların, materialların və digər maddi sərvətlərin qəbulunda iştirak etmək.
Qəbul edilən malların sayının, çeşidinin, qablaşdırılmasının və xarici görünüşünün sənədlərə uyğunluğunun yoxlanılması.
Malların və materialların anbar daxilində müəyyən edilmiş yerlərə düzgün və səliqəli şəkildə yerləşdirilməsini təmin etmək.
Anbarda malların saxlanma qaydalarına, temperatur və digər müvafiq saxlama tələblərinə riayət etmək.
Malların çeşidlər, adlar, ölçülər və digər göstəricilər üzrə ayrılmasına və sistemləşdirilməsinə kömək etmək.
Anbardarın tapşırığı əsasında malların hazırlanması, yığılması, qablaşdırılması və təhvil verilməsi işlərini yerinə yetirmək.
Malların yüklənməsi və boşaldılması prosesində iştirak etmək, onların zədələnməsinin və itkisinin qarşısını almaq.
Anbarda təmizliyi, səliqəni və iş yerlərinin təhlükəsizliyini təmin etmək.
Malların qalıqları, çatışmazlıqlar, artıqgəlmələr, yararsızlıq və zədələnmə halları barədə dərhal anbardara məlumat vermək.
İnventarlaşma zamanı malların sayılmasında, çeşidlənməsində və faktiki qalıqların müəyyən edilməsində iştirak etmək.
Anbar avadanlıqlarından, rəflərdən, arabacıqlardan və digər iş vasitələrindən təyinatı üzrə istifadə etmək.
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına riayət etmək.
Malların və müəssisəyə məxsus digər maddi sərvətlərin qorunmasını təmin etmək.
Anbardarın və rəhbərliyin vəzifə səlahiyyətləri çərçivəsində verdiyi qanuni tapşırıqları yerinə yetirmək.
Tələblər:
Anbardar kimi minimum 1 il iş təcrübəsi
Dəqiq, məsuliyyətli və etibarlı olmaq
Komandada işləmə bacarığı
Biz təklif edirik:
Rəsmi əmək müqaviləsi
Nahar şirkət tərəfindən qarşılanır
Peşəkar və mehriban kollektiv
Növbəli iş rejimi və istirahət günləri
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 700 AZN
Son müraciət tarixi: 13.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/uniyar-mmc-anbardar-komekcisi-153635
REKLAM












