Prayk
Anbarların İdarəedilməsi üzrə menecer — Nəqliyyat, logistika, anbar
Razılaşma yolu ilə

Anbarların İdarəedilməsi üzrə menecer

YoxlanılıbBu gün
Tarix
Baxışlar
6
Nömrə
№5172651

Təsvir

Təsvir Şirkətin anbar fəaliyyətini və anbar komandasının işini planlaşdırmaq, təşkil etmək və nəzarətdə saxlamaq. Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışını müvafiq sənədlər və təsdiqlər əsasında təmin etmək. Anbar əməliyyatlarının 1C/ERP sistemində vaxtında və düzgün əks etdirilməsinə, fiziki qalıqlarla uçot məlumatlarının uyğunluğuna nəzarət etmək. Dövri sayımların və inventarizasiyanın təşkilini, aşkar edilmiş fərqlərin səbəblərinin araşdırılmasını və düzəldici tədbirlərin icrasını təmin etmək. Anbar sahələrindən səmərəli istifadəni, təhlükəsiz saxlama şəraitini və əməyin təhlükəsizliyi (SƏTƏM) tələblərinə riayət olunmasını təmin etmək. Hərəkətsiz, zəif dövriyyəli və yararlılıq müddəti yaxınlaşan ehtiyatları izləmək, aidiyyəti bölmələrlə tədbirlər hazırlamaq və rəhbərliyə hesabat təqdim etmək. Tələblər Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika, Təchizat zəncirinin idarəedilməsi və ya digər uyğun ixtisaslar). Təcrübə: Anbar və ya logistika sahəsində 10 il iş təcrübəsi. İT üzrə biliklər: MS Office və 1C Enterprise proqramı üzrə biliklər. Texniki bacarıqlar Anbar əməliyyatlarının təşkili və idarə edilməsi üzrə biliklər. Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışı proseslərini idarə etmək bacarığı. Anbar uçotu, inventarizasiya və qalıqların uzlaşdırılması üzrə biliklər. 1C/ERP sistemlərində əməliyyatların düzgün əks etdirilməsi bacarığı. Anbar sənədləşməsi və sənəd dövriyyəsi qaydalarını bilmək. Əməyin mühafizəsi və təhlükəsizlik tələbləri üzrə biliklər. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən) Servislə təmin olunur Təlim dəstəyi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 26.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Grand Agro MMC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp