
4
Sürücü (Tibbi Sahə)

700 ₼
Sürücü (Tibbi Sahə)
YoxlanılıbBu gün
Tarix
Baxışlar4
Nömrə№5171085
Təsvir
İş haqqında məlumat:
Təhkim olunmuş nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamaq və təhlükəsiz idarə etmək;
Yüklərin avtomobilə yüklənməsi, təyinat məntəqəsinə çatdırılması, boşaldılması və yerləşdirilməsi;
Verilmiş sənədlərin və digər əşyaların təyinatı üzrə çatdırılması və təhvil verilməsi;
Ortaya çıxan və çıxa biləcək problemlər haqqında vaxtında rəhbərliyi məlumatlandırmaq;
Nəqliyyat vasitəsinin təmizliyinə, texniki baxışına daim nəzarət edilməsi;
Rayonlara ezam getmək;
Gördüyü işlərlə bağlı ay sonunda hesabatların verilməsi.
Tələblər:
Hərbi xidmətdən keçmiş şəxslərə üstünlük verilir;
Minimum tam orta təhsil;
Nizam-intizamlı və işi tez qavrama qabiliyyətinin olması;
Səliqəli xarici görünüş (təraş olunmuş üz, səliqəli saç);
Sahə üzrə təcrübəsi olanlara üstünlük verilir;
Şəhəri yaxşı tanımalı;
Sürücülük vəsiqəsi B,C kateqoriyası;
Yaş həddi 25-35.
İş şərtləri:
Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə.
İş vaxtı: Həftədə 5 gün saat 09:00-dan 18:00-a dək, nahar fasiləsi 13:00-14:00.
Əmək haqqı: 700 Azn
Əlavə iş saatları olduğu halda, əmək haqqına əlavə ödənilir.
İş yeri: Bakı, Nərimanov rayonu.
Uyğun namizədlər Cv-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Uyğun namizədlə əlaqə saxlanılacaq.
Maaş: 700 AZN
Son müraciət tarixi: 26.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/saglam-heyat-ca-mmc-surucu-tibbi-sahe-154699
REKLAM



