Prayk

Aparıcı mühasib

Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Baxışlar
1
Nömrə
№5554752

Təsvir

Əsas vəzifə və öhdəliklər: Şirkətin mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və mühasibat uçotu standartlarına uyğun aparılması. Gündəlik maliyyə əməliyyatlarının, bank və kassa əməliyyatlarının uçotunun aparılması. Debitor və kreditor borclarının uçotunun aparılması, üzləşmələrin həyata keçirilməsi və borcların izlənilməsi. Alış, satış, gəlir və xərc əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi. Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotunun aparılması, amortizasiya hesablamalarının həyata keçirilməsi. Əməkhaqqının, məzuniyyət və digər əmək ödənişlərinin hesablanması, müvafiq tutulmaların və ödənişlərin düzgün uçota alınması. Vergi bəyannamələrinin və digər məcburi hesabatların hazırlanması, yoxlanılması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməsi. ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin hesablanmasına nəzarət edilməsi. Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının və digər müvafiq sənədlərin düzgün rəsmiləşdirilməsinin təmin edilməsi. Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması. Mühasibat hesablarının üzləşdirilməsi, inventarizasiyanın təşkili və nəticələrinin uçotda əks etdirilməsi. Bank çıxarışlarının, müqavilələrin, hesab-fakturaların, təhvil-təslim aktlarının və digər maliyyə sənədlərinin yoxlanılması. Rəhbərliyə maliyyə vəziyyəti, gəlir və xərclər, debitor-kreditor borcları və digər maliyyə göstəriciləri barədə məlumatların təqdim edilməsi. Namizədə dair tələblər: Tələb edilən bacarıqlar və təhsil: Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil. ERP sistemləri ilə işləmə bacarığı. Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi; aparıcı mühasib vəzifəsində təcrübəyə üstünlük verilir. Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi, mühasibat uçotu qaydaları və maliyyə hesabatlılığı üzrə biliklər. Analitik düşünmə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı. Yüksək məsuliyyətlilik, dəqiqlik, operativlik və komanda ilə işləmək bacarığı. İşin müstəqil təşkili, prioritetlərin müəyyənləşdirilməsi və son tarixlərə riayət etmək bacarığı. İş şəraiti: Ünvan: Sabah city İş qrafiki: Həftənin 5 iş günü, 09:00–18:00 (şənbə və bazar istirahət günləri) Əmək haqqı: Razılaşma əsasında Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/203578/apar%C4%B1c%C4%B1-m%C3%BChasib
REKLAM