Prayk

Art Direktor

Razılaşma yolu ilə
YoxlanılıbDünən
ŞəhərBakı
KateqoriyaDizayn

№6372871·Baxışlar: 5

Təsvir

Əsas vəzifə öhdəlikləri Kreativ və vizual kontent fəaliyyətinin planlaşdırılması və idarə olunması; Kreativ və kontent komandasının fəaliyyətinin koordinasiyası; Brendin marketinq və kreativ kommunikasiya strategiyasının hazırlanmasında iştirak və vizual icrasına nəzarət; Reklam kampaniyaları, mövsümi layihələr və xüsusi marketinq aktivlikləri üçün kreativ ideyaların və vizual konseptlərin hazırlanmasına rəhbərlik etmək; Sosial media və digər kommunikasiya kanalları üçün vizual kontent strategiyasının və aylıq planların hazırlanmasını təmin etmək; Foto və video çəkilişlərin konseptlərinin hazırlanması, təşkili və icrasına nəzarət etmək; Kreativ ideyaların vizual və mətn formatında düzgün reallaşdırılmasını təmin etmək; Reklam və kampaniya materiallarının keyfiyyətinə, brend üslubuna və kommunikasiya standartlarına nəzarət etmək; Komanda üzvləri arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasını və nəticələrini qiymətləndirmək; Rəqib şirkətlərin marketinq fəaliyyətini, bazar tendensiyalarını və yeni kreativ yanaşmaları izləmək; Marketinq fəaliyyətinin effektivliyini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq. Namizədə tələblər Art Direksiya, qrafik dizayn, marketinq və ya kreativ kommunikasiya sahəsində minimum 3 il iş təcrübəsi; Kreativ və dizayn komandalarının idarə edilməsi üzrə təcrübə; Güclü kreativ düşüncə, vizual zövq və fərqli ideyalar yaratmaq bacarığı; Sosial media, rəqəmsal marketinq və kontent istehsalı proseslərini yaxşı bilmək; Foto və video istehsalı prosesləri haqqında anlayış; Reklam mətnləri, vizual konseptlər və kreativ layihələrlə işləmək bacarığı; Güclü kommunikasiya, təşkilatçılıq və liderlik bacarıqları; Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı. İş şəraiti İş qrafiki: Tam iş günü; 6 günlük iş rejimi; AR qanunvericiliyinə əsasən rəsmi qeydiyyat; Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. Mövzu hissəsində “Art Direktor”qeyd edərək CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208782/art-direktor
REKLAM