Prayk

Avtomatika üzrə mühəndis

1 800 ₼
YoxlanılıbDünən
Tarix
Baxışlar
2
Nömrə
№4831563

Təsvir

Tələblər: Ali təhsil (avtomatika ixtisası üzrə); Bu sahə üzrə ən azı 3 il iş təcrübəsi Avtomatika və idarəetmə sistemləri, elektrik sxemləri və layihə sənədləri ilə işləmə bacarığı; Müvafiq normativ və standartlar barədə bilik; MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək; Analitik düşünmə və diqqətlilik. Vəzifə öhdəlikləri: Tikinti obyektlərində avtomatika və idarəetmə sistemlərinin layihə üzrə quraşdırılmasına və işə salınmasına nəzarət edilməsi; Layihə sənədlərinin (sxem, spesifikasiya, iş layihələri) avtomatika hissəsinin yoxlanılması və icra olunan işlərin layihəyə uyğunluğunun təmin edilməsi; Avtomatika, siqnalizasiya, nəzarət-ölçü cihazları və idarəetmə panellərinin quraşdırılması, sazlanması və sınaqdan keçirilməsi; Podratçı və təchizatçılar tərəfindən görülən avtomatika işlərinə texniki nəzarətin aparılması; Tikinti-quraşdırma işlərinin gedişi zamanı yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması; Görülən işlər üzrə akt və digər icra sənədlərinin hazırlanması və yoxlanılması; Avadanlıq və materiallara olan tələbatın müəyyən edilməsi, texniki xarakteristikalara uyğunluğunun yoxlanılması; Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi. İş şəraiti İş yeri: Bakı şəhəri, Yasamal rayonu Əmək haqqı: 1800 AZN + İş saatları (iş rejimi): 08:30-17:30 (I-V), istirahət günü (şənbə-bazar) Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 1800 AZN Son müraciət tarixi: 19.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Ramco CJSC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp