
2
Elektrik

Razılaşma yolu ilə
Elektrik
YoxlanılıbBu gün
Tarix
Baxışlar2
Nömrə№4884006
Təsvir
İş yeri: İmişli şəhər
Vəzifə öhdəlikləri
Quşçuluq fabrikinin elektrik sistemlərinin, elektrik şitlərinin və idarəetmə panellərinin montajını, texniki xidmətini və təmirini həyata keçirmək;
Müşahidə kameralarının montajını, işlək vəziyyətinə nəzarəti və nasazlıq yarandıqda təmirini təmin etmək;
Soyuducu sistemlərinin montajı, texniki xidməti və təmirini həyata keçirmək;
Havalandırma və istilik sistemlərinin quraşdırılmasını, sazlanmasını və təmirini yerinə yetirmək;
Su nasosları və su təchizatı sistemlərinin elektrik hissələrinin montajını, yoxlanılmasını və təmirini həyata keçirmək;
Yem sexinin texnoloji avadanlıqlarının elektrik sistemlərinin montajını, texniki xidmətini və nasazlıqlarının aradan qaldırılmasını təmin etmək;
Kəsim sexinin avadanlıqlarının elektrik sistemlərinə texniki xidmət göstərmək, montaj və təmir işlərini həyata keçirmək;
Generatorların quraşdırılması, texniki vəziyyətinin yoxlanılması və təmirini təmin etmək;
Elektrik mühərriklərini, kabelləri, qoruyucu qurğuları və digər elektrik avadanlıqlarını yoxlamaq, nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
Fabrikin digər istehsalat və təsərrüfat sahələrində istifadə olunan elektrik və texniki avadanlıqların quraşdırılması, istismarı və təmiri işlərini yerinə yetirmək;
Avadanlıqlarda yarana biləcək nasazlıqların qarşısını almaq məqsədilə profilaktik baxış və texniki xidmət işləri aparmaq;
Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və müəssisədaxili texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər
Yaş həddi: 25–50 yaş;
Elektrik və ya elektrotexniki sahə üzrə peşə təhsili və ya müvafiq ixtisas biliyi;
Elektrik sistemlərinin montajı, texniki xidməti və təmiri üzrə iş təcrübəsi;
Elektrik şitləri, idarəetmə panelləri, elektrik mühərrikləri və üçfazalı elektrik sistemləri ilə işləmək bacarığı;
Soyuducu, havalandırma, istilik və su nasosları sistemlərinin elektrik hissələrini anlamaq və nasazlıqlarını müəyyən etmək bacarığı;
Generatorlar, istehsalat avadanlıqları və elektrik qoruyucu qurğuları üzrə praktiki biliklər;
Ölçü cihazlarından, o cümlədən multimetrlə işləmək və elektrik nasazlıqlarını müəyyən etmək bacarığı;
Texniki sxemləri oxumaq və elektrik avadanlıqlarının iş prinsipini anlamaq;
Nasazlıqları operativ müəyyən etmək, düzgün həll yolu seçmək və məsuliyyətli işləmək bacarığı;
Elektrik təhlükəsizliyi qaydalarını bilmək və onlara ciddi riayət etmək;
Komandada işləmək, intizamlı olmaq və verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 20.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/hajigabul-poultry-farm-company-elektrik-154253
REKLAM













