Təsvir
Müştərilərə Bankın məhsulları, xidmətləri və onların tarifləri, o cümlədən Bankın kampaniyaları barədə ətraflı məlumat vermək;
“Q-matic” aparatından istifadə zamanı yaranan suallarını cavablandırmaq və onların Bank xidmətlərindən istifadə etmələrinə köməklik göstərmək;
Filiala daxil olan sənədləri bankdaxili qaydalara uyğun olaraq qeydiyyata almaq və aidiyyəti üzrə təqdim etmək;
Zərurət olduğu halda filialdan göndərilməsi nəzərdə tutulan sənədləri bankdaxili qaydalara uyğun olaraq qeydiyyata almaq, kuryer vasitəsilə ünvana çatdırılmasını təmin etmək;
Filiallarda kargüzarlıq işinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
Filial direktorunun qəbuluna gələn qonaqları müşayiət etmək;
Filiala daxil olan zəngləri filialın aidiyyəti işçilərinə yönəltmək;
Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək;
Tələb olunan hesabatları tam və vaxtında aidiyyəti üzrə göndərmək;
Filial direktorunun ona tapşırdığı işləri yerinə yetirmək.
Tələblər
Ali magistr təhsili; (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
Azərbaycan və rus dilini mükəmməl səviyyədə bilmək;
Bu sahədə 1 (bir) ildən artıq təcrübə;
Namizədlərin məlumatlarının 1C 8.3 versiyasında işləyə bilməsi;
Kompüter bilikləri;
Ofis ləvazimatları (printer, scanner, fax) ilə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti, kollektivdə işləmək bacarığı olmalı;
Stressə davamlılıq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 02.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/asc-xalq-bank-baki-filiallari-uzre-mutexessis-operator-152856
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti