Prayk

Baş aşpaz

1 000 ₼
YoxlanılıbBu gün
KateqoriyaSatış

№6338074·Baxışlar: 2

Təsvir

Akademik Zərifə Əliyeva adına uşaq bağçası komandamıza təcrübəli və peşəkar Baş aşpaz dəvət edir! Namizədə tələblər: Baş aşpaz və ya aşpaz vəzifəsində minimum 5 il iş təcrübəsi; Uşaqlar üçün sağlam və balanslaşdırılmış qidaların hazırlanması üzrə bilik və bacarıqlar; Mətbəx uçotunu aparmaq, ərzaq sərfiyyatına və anbar qalıqlarına nəzarət etmək bacarığı; Menyu və ərzaq tələbatının planlaşdırılması; Mətbəx işinin təşkili və komandaya rəhbərlik bacarığı; Qida təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarını bilmək; Məsuliyyətli, səliqəli və intizamlı olmaq. İş şəraiti: Əmək haqqı: 1 000–1 200 AZN İş qrafiki: Bazar ertəsi – Cümə İş saatları: 08:00–17:00 İstirahət günləri: Şənbə və Bazar Rəsmi bayram günləri qeyri-iş günləridir. İş ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 31 (Gənclik metrosunun yaxınlığı). Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş aşpaz” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 1000 AZN Son müraciət tarixi: 24.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/zerife-eliyeva-adina-usaq-bagcasi-mmc-bas-aspaz-156880
REKLAM