Prayk

Baş Mühasib

2 500 ₼
Yoxlanılıb3 həftə əvvəl
ŞəhərBakı
KateqoriyaMaliyyə

№5377959·Baxışlar: 13

Təsvir

Qanunvericilik: Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və Mülki Məcəlləni ətraflı bilmək. Tələblər: Təhsil: Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya uyğun sahə üzrə ali təhsil. İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 5 il, tikinti sahəsində baş mühasib kimi isə azı 3 il iş təcrübəsi. Sertifikatlar: PMS (Peşəkar Mühasib Sertifikatı — xüsusilə İHMH/MHBS üzrə) sertifikatlarının olması böyük üstünlükdür. Vəzifə öhdəlikləri: Uçot və Standartlar: MHBS (Milli və Beynəlxalq Mühasibat Uçotu Standartları) üzrə mükəmməl biliklər. Tikinti materiallarının və xidmətlərin maya dəyərinin hesablanması (Forma №2 və Forma №3 üzrə işləmə bacarığı). Subpodratçı işlərinin, podrat müqavilələrinin və tikinti obyektləri üzrə xərclərin uçotunun aparılması. Əsas vəsaitlərin, tikinti texnikasının və amortizasiyanın doğru uçotu. Proqram bilikləri: 1C (8.3 versiyası, xüsusən Tikinti modulu), Excel (yüksək səviyyədə) və e-gov / e-taxes portalsından (BTP, e-VHF, e-Bəyannamə) sərbəst istifadə. Hesabatlılıq: Dövlət orqanlarına (Dövlət Vergi Xidməti, DSMF, Statistika Komitəsi və s.) vergi, sosial və digər rəsmi hesabatların vaxtında hazırlanması və təqdim edilməsi. Maliyyə Nəzarəti: Şirkətin pul vəsaitlərinin həərəkətinə, bank və kassa əməliyyatlarına, debitor və kreditor borclarına gündəlik nəzarət. Auditor və Yoxlamalar: Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan sənədləşmənin təmin edilməsi və vergi orqanları ilə münasibətlərin idarə olunması. Mühasibatlıq şöbəsinin işini təşkil etmək və kiçik mühasiblərin fəaliyyətinə nəzarət etmək. Maaş: 2500-3000 AZN Yaş: 30-50 Təhsil: Ali İş təcrübəsi: 5 ildən artıq

Elanın mənbəyi

Orijinal elanı aç

© Aydinoğlu-R boss.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM