Prayk

Baş Mühasib

Razılaşma yolu ilə
Analiz edilib3 həftə əvvəl
ŞəhərBakı
KateqoriyaMaliyyə

№5517228·Baxışlar: 10

Təsvir

İş barədə məsuliyyətlər: Vergi, mühasibat uçotu, DSMF və Statistika hesabatlarının qanunvericiliyə uyğun hazırlanması və vaxtında təqdim edilməsi; Bütün növ maliyyə hesabatlarının tərtib olunması; Mühasibatlıq şöbəsinin işinin təşkili və komandanın idarə edilməsi; İstehsal sahəsində mühasibat uçotunun düzgün qurulması, maya dəyərinin hesablanması və xərclərə nəzarət edilməsi; Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunun aparılması, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibatlıqda vaxtında əks etdirilməsini təmin etmək; Əsas vəsaitlərin uçotunun aparılması, müəyyən edilmiş müddətlərdə inventarizasiyada iştirak və nəzarət edilməsi; Daxili mühasibatlıq sistemində köçürmələrin idarə olunması; Təchizatçılar və müştərilərlə yazışmaların aparılması, vaxtında təsdiqedici sənədlərin əldə edilməsi/təqdim olunması; Əməkhaqqı hesablanması və müvafiq əməliyyatların düzgün və vaxtında icra edilməsi; İş prosesində məlumatların məxfiliyinin qorunması. Namizədə olan tələblər: Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; Yaş həddi: 28 – 50 yaş; Təcrübə: Baş mühasib və ya müvafiq sahə üzrə 5il iş təcrübəsi (istehsal sahəsində iş təcrübəsi mütləqdir); Sertifikatlar: Müvafiq sahə üzrə peşəkar sertifikatların olması mütləqdir (Məsələn: Peşəkar Mühasib Sertifikatı - PMS, DipIFR, ACCA və ya digər beynəlxalq/yerli maliyyə sertifikatları); Proqram bilikləri: 1C, Excel və Elektron Hökumət Portalı ilə sərbəst işləmək bacarığı, Microsoft Office proqramları; Qanunvericilik bilikləri: Vergi və əmək qanunvericiliyinin əsasları; Peşəkar bacarıqlar: Balansın çıxarılması, mal-materialların uçotunun aparılması, analitik təhlil, istehsal xərclərinin uçotu və komandanı idarə etmək bacarığı; Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (mükəmməl), ingilis dili bilikləri arzuolunandır. İş şəraiti: İş yeri: Bakı şəhəri, Binəqədi yolu 100 İş qrafiki: Həftə içi 6 gün Əməkhaqqı: Müsahibə əsasında (namizədin bilik və təcrübəsinə uyğun olaraq təyin ediləcək); Nahar ilə təmin olunma; Korporativ mobil nömrə; Rahat və stabil iş mühiti. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə mütləq “Baş Mühasib” yazaraq göndərmələri xahiş olunur.

Elanın mənbəyi

Orijinal elanı aç

© Xırman MMC busy.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM