Prayk

Baş mühasib

Razılaşma yolu ilə
Yoxlanılıb2 həftə əvvəl
ŞəhərBakı
KateqoriyaMaliyyə

№5648052·Baxışlar: 9

Təsvir

Əsas vəzifələr: Şirkətin mühasibat uçotunun təşkili və ona tam nəzarət; Aylıq, rüblük və illik vergi və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi; Vergi orqanlarının sorğularının cavablandırılması, kameral uyğunsuzluqların aradan qaldırılması; Xərc sənədlərinin düzgün rəsmiləşdirilməsinə və 1C-də əks olunmasına nəzarət; Mühasibat əməkdaşlarının işinin təşkili və nəzarəti; Audit yoxlamaları üçün lazımi hesabatların hazırlanması; 1C 8.3 (ERP konfiqurasiyası) üzrə problemlərin aşkarlanması və proqram tərəfdaşı ilə birgə həlli. Tələblər: İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil; Mühasibat uçotu sahəsində ən azı 5 illik təcrübə, o cümlədən ən azı 2 il baş mühasib (və ya müavini) vəzifəsində; Azərbaycan Respublikasının Vergi Məcəlləsini, mühasibat uçotu standartlarını və statistik hesabatlılıq qaydalarını dərindən bilmək; ƏDV, mənfəət vergisi, ödəmə mənbəyindən tutulan vergi və icbari dövlət sosial sığorta haqları üzrə hesabatların tam dövrü üzrə müstəqil təcrübə; e-taxes.gov.az elektron kabinetində və kameral yoxlamalar üzrə iş təcrübəsi; 1C 8.3 (ERP konfiqurasiyası) proqramında peşəkar səviyyədə işləmək bacarığı; MS Excel proqramını yüksək səviyyədə bilmək; Komandanı idarəetmə bacarığı, məsuliyyət və dəqiqlik; Azərbaycan dili - mükəmməl; rus dili - arzuolunandır. Üstünlük verilir: Regional filialları olan pərakəndə satış, ticarət və ya distribusiya şirkətində təcrübə (mal-material uçotu, inventarizasiya, idxal əməliyyatları); Auditorlarla iş təcrübəsi; MHBS bilikləri, ACCA / DipIFR və ya peşəkar mühasib sertifikatı. Təklif edirik: Rəsmi əmək müqaviləsi və sosial təminat; Əmək haqqı - razılaşma əsasında; 5 günlük iş həftəsi; iş saatları: 09:00-18:00; Sabit və inkişaf edən şirkətdə uzunmüddətli iş. Müraciət üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/204583/bas-muhasib
REKLAM