Prayk

Baş mühasib

1 800 ₼
YoxlanılıbBu gün
ŞəhərBakı
KateqoriyaMaliyyə

№6306850·Baxışlar: 2

Təsvir

İş barədə məlumat: İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063 (Meyvəli gömrük terminalının yaxınlığı); Fəaliyyət sahəsi: Ağır texnika, yük avtomobilləri və ehtiyat hissələrinin satışı və servis xidməti; İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə qısaldılmış iş günü); Əmək haqqı: 1800-2000 Azn (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir). Vəzifə öhdəlikləri: Şirkətin mühasibat və vergi uçotunun qüvvədə olan qanunvericiliyə müvafiq olaraq tam və dəqiq aparılması; İşçilərin əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyət və digər ödənişlərinin düzgün hesablanması və rəsmiləşdirilməsi; Vergi (ƏDV, ÖMV, mənfəət, əmlak və s.), DSMF, Məşğulluq və Statistika hesabatlarının hazırlanıb aidiyyəti dövlət orqanlarına vaxtında təqdim edilməsi; 1C proqramında avtoservis fəaliyyəti (ehtiyat hissələrinin anbar uçotu, mədaxil-məxaric əməliyyatları, göstərilən xidmətlərin rəsmiləşdirilməsi) üzrə əməliyyatların düzgün uçotuna nəzarət edilməsi; Elektron qaimə-fakturaların, hesab-fakturaların, e-qaimələrin tərtib olunması, göndərilməsi və təsdiqlənməsi; Bank əməliyyatlarının həyata keçirilməsi, debitor və kreditor borcların uçotunun aparılması və üzləşmələrin edilməsi; Namizədə dair tələblər: Təhsil: Maliyyə, mühasibat uçotu və ya texniki sahədə ali təhsil; İş təcrübəsi: Baş mühasib və ya mühasib vəzifəsində ən azı 3-5 il iş təcrübəsi (Avtoservis, istehsalat sahəsində təcrübə arzuolunandır); Sertifikatlar: Peşəkar Mühasib Sertifikatının (PMS) olması mütləq üstünlükdür; Proqram bilikləri: MS Office (xüsusilə yüksək səviyyədə Excel) və 1C (8.3 versiyası) proqramlarında sərbəst və peşəkar səviyyədə işləmək bacarığı; Şəxsi keyfiyyətlər: Yüksək riyazi-analitik düşünmə qabiliyyəti, məsuliyyət, dəqiqlik, komanda idarəetmə bacarığı. Vakansiyanın tələblərinə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Baş mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208272/bas-muhasib
REKLAM