Prayk

Borcların Çat Yazışmaları Vasitəsilə Təqibi üzrə Operator

Razılaşma yolu ilə
Yoxlanılıb3 həftə əvvəl
Kateqoriya
Maliyyə
Tarix
Baxışlar
6
Nömrə
№3634461

Təsvir

Vəzifə öhdəlikləri Müştərilərlə çat və digər yazılı kommunikasiya kanalları vasitəsilə əlaqə saxlamaq. Borcun yaranma səbəblərini müəyyən etmək. Hər bir müştəri üçün uyğun ünsiyyət strategiyasını seçmək. Etirazlarla işləmək və mübahisəli halları həll etmək. Müştərilərə borcun ödənilməsi üsulları barədə məlumat vermək. Azərbaycan Respublikasının qanunvericiliyinə və Şirkətin daxili qaydalarına riayət etmək. Aparılan yazışmaların nəticələrini CRM sistemində qeyd etmək. Müəyyən edilmiş KPI göstəricilərini yerinə yetirmək. Tələblər İş təcrübəsi Borcların təqibi sahəsində iş təcrübəsi arzuolunandır. Satış, çağrı mərkəzi (Call Center), müştəri xidmətləri və ya müraciətlərin emalı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir. Təcrübəsi olmayan, lakin öyrənməyə meyilli və inkişaf potensialı yüksək olan namizədlər də nəzərdən keçirilə bilər. Müştərilərlə yazılı ünsiyyət təcrübəsi üstünlük hesab olunur. Məhkumluğun, kredit və ya məhkəmə qərarları üzrə ödənilməmiş borcların olmaması vacibdir. Səlis yazılı və şifahi nitq bacarığı. Bilik və bacarıqlar Borcların təqibi ilə bağlı qanunvericilik üzrə bilik arzuolunandır. Danışıqlar aparmaq və münaqişələri idarə etmək bacarığı. Etirazlarla işləmək və stresli vəziyyətlərdə düzgün qərar vermək bacarığı. Kompüter, CRM sistemləri və ofis proqramlarından sərbəst istifadə. Yazılı və şifahi ünsiyyət bacarıqları yüksək səviyyədə olmalıdır. Müştərinin vəziyyətini tez təhlil etmək və uyğun ünsiyyət üsulu seçmək bacarığı. İşgüzar etikaya riayət etmək. Şəxsi keyfiyyətlər Ünsiyyətcil və insanlarla asan əlaqə qura bilmək. Stressə davamlı və emosional cəhətdən sabit olmaq. Daxili qaydalarda, motivasiya sistemində və iş proseslərində baş verən dəyişikliklərə tez uyğunlaşmaq. Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq. Yüksək özünütəşkil və intizam. Qətiyyətli olmaqla yanaşı, nəzakətli ünsiyyət qurmaq bacarığı. İş şəraiti İş qrafiki: 2/2, saat 09:00–21:00. Gələcəkdə məsafədən (remote) işləmək imkanı. Əməkhaqqı: sabit əməkhaqqı + KPI göstəricilərinin yerinə yetirilməsinə görə bonus. Təlim və peşəkar inkişaf imkanları. Peşəkar komandada işləmək imkanı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 02.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© NBCO KredAqro jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp