Prayk

Büdcə və planlama - şöbə müdiri

Razılaşma yolu ilə
YoxlanılıbDünən
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Baxışlar
10
Nömrə
№5688471

Təsvir

İş yeri: Bakı şəhəri İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi Vəzifə öhdəlikləri: İdarənin strateji hədəflərinə, illik fəaliyyət planına və inkişaf istiqamətlərinə uyğun olaraq gəlir və xərclər smetasının (konsolidə edilmiş büdcə layihəsinin) tərtib olunması prosesini təşkil etmək; Dövlət büdcəsindən ayrılan təxsisatların, məqsədli subsidiyaların lazımi iqtisadi təsnifat kodları üzrə əsaslandırılmış smetalarını hazırlamaq, Maliyyə Nazirliyi və aidiyyəti dövlət qurumları ilə razılaşdırmaq; Qoruq ərazisindən əldə olunan xüsusi daxilolmaların proqnozlaşdırılmasını həyata keçirmək; İdarənin mərkəzi aparatının, müəssisələrinin və struktur bölmələrinin illik büdcə sorğularını toplamaq, təhlil etmək və xərclərin iqtisadi əsaslandırılmasını yoxlayaraq yekun büdcə layihəsini formalaşdırmaq; Təsdiq olunmuş büdcə göstəricilərini rüblük və aylıq bölgülər üzrə tərtib etmək və daxili maliyyə sistemlərində əks etdirmək; Dövlət subsidiyalarının təyinatı üzrə, səmərəli və qanunvericiliyə tam uyğun xərclənməsinə gündəlik daxili nəzarəti təmin etmək; Xüsusi daxilolmalardan daxil olan vəsaitlərin formalaşması dinamikasını izləmək və xərclənməsinin təsdiq olunmuş daxili smetaya uyğunluğunu tənzimləmək; Aylıq, rüblük və illik dövrlər üzrə büdcə icrası hesabatlarını hazırlamaq, faktiki xərclərlə planlaşdırılmış smeta göstəriciləri arasında kənaraçıxmaları təhlil etmək; Subsidiya və xüsusi daxilolma fondları üzrə xərclərin optimallaşdırılması, ehtiyatların aşkar edilməsi və maliyyə intizamının gücləndirilməsi istiqamətində analitik arayışlar hazırlamaq; Dövlət xəzinədarlığı (subsidiyalar üzrə) və kommersiya bank hesabları (xüsusi gəlirlər üzrə) daxilolmalarını nəzərə almaqla qısamüddətli və uzunmüddətli pul vəsaitlərinin hərəkəti proqnozunu (Cash Flow Forecasting) hazırlamaq; Məhsul və xidmət satışından gələn real daxilolmalarla İdarənin öhdəlikləri arasında maliyyə balansını və likvidliyi qorumaq; Gəlirlərin azalması və ya subsidiyaların yenidən bölüşdürülməsi risklərinə qarşı alternasiyalı maliyyə modelləri və ssenari təhlilləri qurmaq. Namizədə dair tələblər: Təhsil: Maliyyə, İqtisadiyyat və ya analoji sahələr üzrə ali təhsil; Təcrübə: Minimum 5 il iş təcrübəsi; Sertifikat: Beynəlxalq sertifikatların olması  üstünlükdür; Proqram bilikləri: 1C (8;3), MS Excel, e-gov və e-taxes portallarından peşəkar istifadə bacarığı; Dil bilikləri: Azərbaycan dili, İngilis və Rus dili bilikləri arzuolunandır; Şəxsi keyfiyyətlər və Kompetensiyalar: Proaktiv və təşəbbüskar olmaq (problemləri öncədən görüb həll yolları təklif etmək); Yüksək problem həll etmə (problem-solving) və operativ qərarvermə bacarığı; Güclü komanda ruhu; Stressə davamlılıq, yüksək nizam-intizam. Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Büdcə və planlama” qeyd olunması xahiş olunur E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/204865/budce-ve-planlama-sobe-mudiri
REKLAM