Vəzifə öhdəlikləri
Çin dili üzrə fərdi və qrup dərslərinin keçirilməsi;
HSK proqramı üzrə tələbələrin hazırlanması;
Business Chinese (Biznes Çin dili) dərslərinin tədrisi;
Uşaqlar, yeniyetmələr və böyüklər daxil olmaqla müxtəlif yaş qrupları ilə işləmək;
Tələbələrin danışıq, dinləmə, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi;
Tələbələrin səviyyəsinə və məqsədlərinə uyğun dərslərin təşkili;
Tələbələrin akademik inkişafının izlənilməsi və nəticələrin qiymətləndirilməsi.
Namizədə olan tələblər
Çin dili üzrə minimum HSK 3 səviyyəsini tamamlamış olmaq;
HSK 4 və HSK 5 səviyyəsinə sahib olmaq üstünlükdür;
Çin dilində yaxşı danışıq və ünsiyyət bacarığı;
Business Chinese tədris edə bilmək;
Müxtəlif yaş qrupları ilə işləmək bacarığı;
Məsuliyyətli, punktual və öyrənməyə açıq olmaq;
Müəllimlik və ya Çin dili tədrisi üzrə təcrübə üstünlükdür;
İngilis və/və ya rus dili biliyi üstünlükdür.
Biz sizə nə təklif edirik?
Çinli müəllim tərəfindən mentor dəstəyi;
Hazır tədris metodikası və dərs materialları ilə təmin olunma;
Peşəkar inkişaf və metodiki dəstək;
Müxtəlif yaş və səviyyələrdə tələbələrlə işləmək imkanı;
Peşəkar və inkişafyönümlü komanda;
Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanı;
Müasir və rahat iş mühiti.
İş şərtləri
İş yeri: Bakı, AF Mall
İş qrafiki: Razılaşdırılır
İş formatı: Part-time / Full-time
Əmək haqqı: Namizədin bilik, təcrübə və dərs yükünə əsasən müsahibə zamanı müəyyən edilir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CV göndərərkən mövzu hissəsində “Çin Dili Müəllimi” qeyd olunması xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197023/cin-dili-muellimi