Prayk

Daxili nəzarət üzrə Şöbə rəhbəri

Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Şəhər
Bakı
Tarix
Baxışlar
2
Nömrə
№5706144

Təsvir

Əsas vəzifə öhdəlikləri: Şöbənin illik daxili nəzarət və yoxlama planının hazırlanmasına və icrasına rəhbərlik etmək; Risklərin dəyərləndirilməsi və prioritetləşdirilməsi əsasında nəzarət strategiyasını formalaşdırmaq; Uyğunsuzluqların yaranma səbəblərini araşdırmaq və tənzimləyici tədbirlərin icrasını təmin etmək; Daxili nəzarət yoxlamalarını təşkil etmək, icrasına nəzarət etmək və hesabatlıq prosesi idarə etmək; Şirkət siyasətləri, prosedurlar və standartlara uyğunluğun qiymətləndirilməsini təmin etmək; Aktivlərin qorunması, sayımların təşkili və inventar proseslərinə nəzarət etmək. Struktur bölmələrdə aşkar edilmiş uyğunsuzluqlar üzrə təkmilləşdirici təkliflər hazırlamaq və icrasını izləmək; Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, iş yükünü bölüşdürmək və intizamın təmin olunmasına nəzarət etmək; Daxili nəzarət nəticələrinə dair analitik hesabatlar və rəy hazırlayaraq rəhbərliyə təqdim etmək; Konfidensiallıq, obyektivlik və etik davranış prinsiplərinə riayət olunmasına nəzarət etmək; Şirkətdaxili komissiyalarda, işçi qruplarda şöbəni təmsil etmək və nəzarət mühitinin inkişafına töhfə vermək; Büdcə və şöbə xərclərinin idarə edilməsinə nəzarət etmək. Tələb olunan bilik və bacarıqlar: Komanda idarəetmə bacarığı; Güclü analitik düşüncə və problem həll etmə bacarığı; Hesabatlılıq və proses idarəçiliyi bacarığı; Daxili nəzarət sistemləri, nəzarət nöqtələri və risk yönümlü nəzarət metodologiyası üzrə dərin bilik; ERP sistemləri ilə işləmə bacarığı (SAP və s.) – üstünlükdür; MS Office proqramlarında yüksək səviyyə, xüsusilə Excel-də analitik hesabat hazırlama bacarığı; FMCG, retail, istehsalat və ya logistika sahəsində iş təcrübəsi üstünlük sayılır. Tələb olunan təhsil, iş təcrübəsi: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqədar sahə); Daxili nəzarət, risk və ya inventarizasiya sahəsində minimum 3–5 il iş təcrübəsi. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş yeri: Aşıq Molla Cümə 46 c Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Nahar; Şirkət hesabına korporativ nömrə; Təlim və inkişaf imkanları. Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət üzrə Şöbə rəhbəri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/204766/daxili-nezaret-uzre-sobe-rehberi
REKLAM