Bosch drel və laqunda dəsti ev təmiri, qaraj, tikinti və montaj işlərində müxtəlif materialları dəlmək, vidalamaq, kəsmək və cilalamaq üçün nəzərdə tutulmuşdur. Akkumulyatorlu işləmə prinsipi elektrik şəbəkəsindən asılı olmadan, naqilsiz və rahat istifadəyə şərait yaradır.
Dəst 7 hissədən ibarətdir:
Drel-şurupoyan — dəlmək və bağlama işlərini yerinə yetirmək üçün
Bucaqlı cilalama maşını (laqunda) — metalların və digər sərt materialların kəsilməsi və cilalanması üçün
2 ədəd Li-ion akkumulyator — kəsintisiz işləməyə imkan verən qida mənbəyi
Əlavə dəstək tutacağı — laqundanı daha təhlükəsiz və dəqiq idarə etmək üçün
Qoruyucu qapaq — kəsmə zamanı qığılcım və hissəciklərdən qorunmaq üçün
Şarj cihazı — akkumulyatorları enerji ilə doldurmaq üçün