Vəzifə və funksional öhdəliklər:
Tikinti layihələri üzrə elektrik montaj və istismar işlərinin təsdiqlənmiş layihə-smeta sənədlərinə uyğun icrası;
Elektrik sistemləri və avadanlıqlarının texniki istismarına nəzarət edilməsi;
Aşkar edilmiş texniki uyğunsuzluqlar və nasazlıqlar üzrə korrektiv tədbirlərin həyata keçirilməsi;
Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
Elektrik sistemində mövcud olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
Müvafiq elektrik cizgilərinin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
Aşınmış avadanlıqların təmiri və bərpası;
Elektrik avadanlıqların dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
Yeni elektrik avadanlıq və cihazların quraşdırılmasının həyata keçirilməsi;
Layihə rəhbəri və sahə rəisləri ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi.
Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr):
Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür);
Müvafiq sahə üzrə peşə və ya Ali təhsil arzuolunandır;
Müvafiq ixtisas sənədi, sertifikat və icazələrin olması üstünlükdür;
Elektrik sxemləri, layihə çertyojları və texniki normativ sənədlərlə işləmə bacarığı;
Elektrik təhlükəsizliyi üzrə normativ aktlar və tikinti standartları haqqında biliklər;
Analitik düşünmə, məsuliyyətlilik və intizamlı iş yanaşması;
Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı.
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Mərdəkan qəs.
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 1000-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik montyoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208497/elektrik-montyoru
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti