Prayk
Kimyəvi sınaqlar üzrə mütəxəssis — Sənaye, istehsal
Razılaşma yolu ilə

Kimyəvi sınaqlar üzrə mütəxəssis

YoxlanılıbBu gün
Tarix
Baxışlar
13
Nömrə
№6291304

Təsvir

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Kimyəvi sınaqlar üzrə mütəxəssis vakansiyası üzrə namizəd axtarılır. Vəzifə öhdəlikləri Qrunt və yeraltı su nümunələrinin kimyəvi analizlərinin aparılması; Laboratoriya şəraitində kimyəvi sınaqların müvafiq metodika və standartlara uyğun həyata keçirilməsi; Su və qrunt nümunələrində pH göstəricisinin təyin edilməsi; Sulfat, xlorid, bikarbonat ionlarının və ümumi sərtliyin müəyyən edilməsi; Kalsium, maqnezium, natrium, kalium, dəmir və manqan elementlərinin təyini; Ammonium, nitrat və nitrit göstəricilərinin müəyyən edilməsi; Suda elektrik keçiriciliyi (EC), ümumi həll olmuş duzlar (TDS), ümumi mineralizasiya və qalıq quru maddənin təyin edilməsi; Suyun kimyəvi tərkibinin, ümumi turşuluğunun və aqressivlik göstəricilərinin müəyyən edilməsi; Zərurət olduqda suda üzvi maddələrin və COD göstəricisinin təyin edilməsi; Laboratoriya avadanlıqlarının düzgün istismarının və ölçmə cihazlarının kalibrlənməsinin təmin edilməsi; Kimyəvi reagentlərin hazırlanması, saxlanılması və istifadəsinə nəzarət edilməsi; Sınaq nəticələrinin qeydiyyatının aparılması, hesablanması və laboratoriya hesabatlarının hazırlanması; Laboratoriya işlərində keyfiyyətə nəzarət və təhlükəsizlik qaydalarına riayət edilməsi. Namizədə tələblər Kimya, analitik kimya, kimya mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil; Laboratoriya şəraitində kimyəvi analizlərin aparılması üzrə iş təcrübəsi arzuolunandır; Su və qrunt nümunələrinin kimyəvi analiz metodları barədə biliklər; GOST, ASTM, ISO və BS standartlarından ən azı biri üzrə bilik və praktiki iş təcrübəsi; Laboratoriya avadanlıqları, analitik ölçmə cihazları və kimyəvi reagentlərlə işləmək bacarığı; Analiz nəticələrinin hesablanması, sənədləşdirilməsi və hesabatların hazırlanması bacarığı; Dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı. Üstünlük hesab olunur Geoloji, geotexniki laboratoriyada iş təcrübəsi; Su və qrunt nümunələrinin kimyəvi analizləri üzrə praktiki təcrübə; Laboratoriya keyfiyyət idarəetmə sistemi barədə biliklər. Əmək şəraiti: İş yeri: Xırdalan İş rejimi: 09:00-18:00 (5 günlük) Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 23.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© AT - Geotech MMC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp