
15
İstilik Elektrik Mərkəzi üzrə Növbə mühəndisi

Razılaşma yolu ilə
İstilik Elektrik Mərkəzi üzrə Növbə mühəndisi
YoxlanılıbBu gün
Tarix
Baxışlar15
Nömrə№6191333
Təsvir
Vəzifəyə tələblər:
Ali və ya orta ixtisas texniki təhsil;
İstilik Elektrik Mərkəzi (İEM) sahəsində minimum 3–5 il iş təcrübəsi;
Yüksək analitik düşünmə və problem həll etmə bacarığı;
Operativ qərarvermə və komandanı idarəetmə bacarığı;
Xarici dil bilikləri əlavə üstünlükdür.
Vəzifə öhdəlikləri:
İEM-in bütün struktur bölmələrinin, o cümlədən qazan-turbin sahəsinin, elektrik bölməsinin, kimyəvi su təmizləmə sexinin, avtomatika sistemlərinin (NÖC və A) və mazut təsərrüfatının əlaqəli və fasiləsiz fəaliyyətini təmin etmək;
İstehsalatın tələbatına uyğun olaraq mazutun, texnoloji buxarın, isti suyun və elektrik enerjisinin müəyyən edilmiş təzyiq, temperatur və keyfiyyət parametrlərinə uyğun fasiləsiz təchizatını və tənzimlənməsini təşkil etmək;
Avadanlıqlarda nasazlıq və ya qəza halları (qaz sızması, buxar kəmərlərində zədələnmə, elektrik şəbəkəsində enerjinin kəsilməsi və s.) baş verdikdə operativ heyətin fəaliyyətinə rəhbərlik etmək, qəza vəziyyətinin təhlükəsiz şəkildə lokallaşdırılmasını təmin etmək, aidiyyəti istehsalat sahələrini məlumatlandırmaq və rəhbərliyə operativ hesabat vermək;
İEM-in əsas və köməkçi avadanlıqlarının, o cümlədən buxar qazanlarının, buxar turbinlərinin, kimyəvi su təmizləmə qurğularının və mazut təsərrüfatı kompleksinin cari, orta və əsaslı təmir işlərinin təsdiq edilmiş qrafiklərə, texnoloji reqlamentlərə və sənaye təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
Mazut təsərrüfatına aid çənlərin, qızdırıcıların, nasosların, süzgəclərin və boru xətlərinin texniki vəziyyətinə mütəmadi nəzarət etmək, texniki xidmət və təmir işlərinin vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
Növbə ərzində baş verən əməliyyatlar, avadanlıqların texniki vəziyyəti və qeydə alınan nasazlıqlar barədə müvafiq növbə hesabatlarının hazırlanmasını və təhvil-təslim prosesinin düzgün aparılmasını təmin etmək.
İş vaxtının norması:
İş qrafiki: Növbəli
İş yeri:
İmişli rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “İstilik Elektrik Mərkəzi üzrə Növbə mühəndisi” qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 20.12.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Azersun Holding jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM














