Qalacıq Şərab komandası üçün məsuliyyətli, rəqəmlərlə dəqiq işləməyi bacaran və peşəkar inkişafa açıq Əməliyyatçı mühasib axtarırıq.
Vəzifə öhdəlikləri:
Şirkətin mühasibatlığının aparılması və gündəlik əməliyyatların real vaxt rejimində icrası;
Əməliyyatların daxili uçot sisteminə daxil edilməsi (Odoo ERP biliklərinə üstünlük verilir);
Müqavilələrin hazırlanması və sənədləşmə işlərinin sistemli aparılması;
Gündəlik satışlarla bağlı E-qaimələrin və müvafiq sənədlərin hazırlanması;
Müxtəlif daxili və xarici maliyyə hesabatlarının hazırlanması;
Aylıq və dövri vergi, eləcə də statistika hesabatlarının hazırlanaraq müvafiq qurumlara vaxtında göndərilməsi;
Namizədə tələblər:
Müvafiq sahə üzrə ali və ya orta-ixtisas təhsili;
Daxili proqram olaraq Odoo ilə işləmə bacarığına üstünlük verilir;
Sənədləşmə, hesabatlılıq və rəqəmlərlə dəqiq işləmə bacarığı;
E-taxes.gov.az və digər dövlət portalları ilə işləmə təcrübəsi;
MS Office proqramlarından (xüsusilə Excel) yaxşı səviyyədə istifadə bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və komandada işləmək bacarığı.
İş şəraiti:
Əmək haqqı: 700 AZN
İş qrafiki: Bazar ertəsi – Cümə 09:00–18:00, Şənbə 09:00–15:00
İş yeri: Qalacıq, İsmayıllı
Rəsmi əmək müqaviləsi.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208659/emeliyyatci-muhasib
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti