
5
Əməliyyatlar üzrə mütəxəssis
Əməliyyatlar üzrə mütəxəssis
Razılaşma yolu ilə
Yoxlanılıb4 gün əvvəl
Tarix
Baxışlar5
Nömrə№4691445
Təsvir
Təsvir
Sistem üzrə daxil olan sifarişlərn analizi, ərazi və çatdırılma tarixləri üzrə bölgü edilməsi;
Sifarişi müşayiətedici sənədlərin çap olunması, eləcə də, sənədlərin tamlığının yoxlanılması;
Sürücülərin və fəhlələrin gündəlik olaraq ərazilər üzrə təyin olunması;
Gündəlik olaraq sifarişlərin cari statuslarının yoxlanılması və yenilənməsi;
Təhvil verilmiş və geri qaytarılmış sifarişlərin sistem üzrə qeydiyyatının aparılması. Sənədlərin təhvil alınıb yoxlanması və arxivləşdirilməsi;
Digər şöbələrdən, eləcə də, prosesdə iştirakçı tərəflərdən daxil olan sorğular əsasında daşınmalara aid sənədlərin və məlumatların təqdim olunması;
Anbara yaxınlaşan müştərilərə yerində xidmət edilməsi, sifariş etdiyi məhsulun təhvil-təslimi, həmçinin sənədlərin imzalanması;
Daxil olan müraciətlərin, zənglərin, elektron məktubların cavablandırılması, araşdırılması, həlli, və aidiyyəti üzrə yönləndirilməsi;
Tabeliyində olan əməkdaşlar üçün ezamiyyət, məzuniyyət o cümlədən nəqliyyat vasitələr üçün lazımi sənədlərin hazırlanması üçün müraciətlərin göndərilməsi;
Daxil olan sorğular əsasında yüklərin anbarlara, mağazalara, servis mərkəzlərinə və s. daşınması, o cümlədən, məhsulların müştəri ünvanından götürülməsinin təmin edilməsi;
Birbaşa rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatıarın icra edilməsi, eləcə də, hesabatların hazırlanıb, təqdim olunması.
Tələblər
Ali (bakalavr) təhsilinin olması;
Dil bilikləri: Azərbaycan dili, rus dili (arzuolunan) bilməsi;
Müvafiq sahədə minimum 1 il təcrübənin olması;
MS office proqramlarında sərbəst işləməsi;
Çatdırılma ərazisini yaxşı tanıması;
Yükdaşıma və təhlükəsizlik qaydalarını bilməsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 16.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Kontakt Home jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM








