
47
Resepşionist / Receptionist (Stomatoloji Klinika)

800 ₼
Resepşionist / Receptionist (Stomatoloji Klinika)
Yoxlanılıb2 həftə əvvəl
Tarix
Baxışlar47
Nömrə№4753737
Təsvir
German Dental Clinic Baku komandasına yüksək ünsiyyət bacarıqlarına malik, məsuliyyətli və peşəkar resepsionist axtarırıq.
German Dental Clinic Baku Alman tibbi standartlarına uyğun fəaliyyət göstərən, müasir rəqəmsal texnologiyalarla təchiz edilmiş stomatoloji mərkəzdir. Məqsədimiz hər bir pasiyentə yüksək səviyyədə xidmət göstərmək və rahat klinika təcrübəsi təmin etməkdir.
Namizədə tələblər
Azərbaycan, Rus və ingilis dillərini sərbəst bilmək mütləqdir;
Yüksək ünsiyyət və xidmət bacarıqları;
Səliqəli, nəzakətli və peşəkar görünüş;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komandada işləmək bacarığı;
Resepsionist və ya müştəri xidmətləri sahəsində təcrübə mütləqdir.
Yaş: 25+
Vəzifə öhdəlikləri
Pasiyentlərin mehriban və peşəkar şəkildə qarşılanması;
Telefon zənglərinin cavablandırılması və müraciətlərin idarə edilməsi;
Pasiyentlərin qəbul üçün qeydiyyata alınması və görüşlərin planlaşdırılması;
Azərbaycan, rus və ingilis dillərində pasiyentlərlə ünsiyyət;
WhatsApp və digər kommunikasiya kanalları vasitəsilə müraciətlərin cavablandırılması;
Həkimlərin qəbul qrafikinin koordinasiyası;
Resepsion sahəsində nizam-intizamın və yüksək xidmət standartlarının qorunması.
İş şəraiti və təklifimiz
Əmək haqqı: 800–1000 AZN
Müasir və rahat iş mühiti;
Peşəkar və mehriban komanda;
Stabil iş şəraiti və inkişaf imkanı.
İş qrafiki - 6 günlük iş həftəsi. Növbəli qrafik: 09:00–18:00 və 12:00–21:00.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini WhatsApp vasitəsilə 070 676 88 80 nömrəsinə göndərə bilərlər.
Müraciət zamanı mesajda “Resepsionist vakansiyası” qeyd etməyiniz xahiş olunur.
Maaş: 800 AZN
Son müraciət tarixi: 17.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© German Dental Clinic jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM













