Prayk

Fasad Memarı

1 500 ₼
YoxlanılıbBu gün
Şəhər
Bakı
Tarix
Baxışlar
4
Nömrə
№5628438

Təsvir

Fasad Memarı / Fasad Mühəndisi Komandamıza fasad memarlığı və mühəndisliyi sahəsində təcrübəli Fasad Memarı / Fasad Mühəndisi axtarırıq. Namizəd fasad layihələrinin hazırlanması, texniki detalların işlənməsi və layihələrin tikinti mərhələsində icrasına nəzarət proseslərində iştirak edəcək. Tələblər: - Fasad memarlığı və ya fasad mühəndisliyi sahəsində iş təcrübəsi. - Müxtəlif fasad sistemləri, materialları, konstruktiv həllər və montaj texnologiyaları üzrə biliklər. - Memarlıq və texniki çertyojları oxumaq və hazırlamaq bacarığı. - AutoCAD və digər müvafiq layihələndirmə proqramlarında işləmək bacarığı. - Texniki təfəkkür, detallara diqqət və problem həll etmə bacarığı. - Komandada və müstəqil işləmək qabiliyyəti. Vəzifə öhdəlikləri: - Baş memarla birlikdə fasad layihələrinin hazırlanmasında iştirak etmək. - Fasad sistemlərinin texniki detallarını, konstruktiv birləşmələrini və bərkidilmə həllərini işləmək. - İşçi çertyojların (Shop Drawings) və texniki sənədlərin hazırlanması. - Fasad layihələrinin memarlıq, konstruktiv və texniki tələblərə uyğunluğunu təmin etmək. - Zərurət yarandıqda tikinti obyektlərinə səfər edərək fasad quraşdırılması işlərinin gedişatını yoxlamaq. - Tikinti işlərinin təsdiq edilmiş fasad layihəsinə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsinə nəzarət etmək. - Aşkar olunan texniki problemlərin həlli üçün müvafiq təkliflər hazırlamaq və layihə komandası ilə koordinasiya aparmaq. Maaş: 1500-3000 AZN Yaş: 28-40 Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Elanın mənbəyi

Orijinal elanı aç

© Facade Group boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp