Şirkətimiz gömrük bəyannamələrinin hazırlanması və rəsmiləşdirilməsi sahəsində peşəkar bilik və təcrübəyə malik, idarəetmə bacarığı olan rəhbər əməkdaş axtarır.
İş vaxtı : Həftə içi 5 gün 09:00-18:00, Şənbə günü qısa iş saatı 10:00-14:00.
İş yeri: Bakı şəh., N.Nərimanov rayonu,
MÜRACİƏTLƏRƏ DAİR VACİB QEYD!
Bu vakansiya yalnız gömrük bəyannaməçiliyi sahəsində real iş təcrübəsi və müvafiq ixtisas attestatı olan namizədlər üçün nəzərdə tutulub.
* Mühasibatlıq sahəsi üzrə CV-lər;
* Gömrük sahəsində təcrübəsi olmayan namizədlərin CV-ləri;
* Vakansiyanın tələblərinə və ixtisasına uyğun olmayan müraciətlər
Öhdəliklər
Gömrük bəyannamə şöbəsinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
Bəyannamələrin düzgün, qanunvericiliyin tələblərinə uyğun və vaxtında hazırlanmasına nəzarət edilməsi;
Gömrük rəsmiləşdirilməsi proseslərinin idarə olunması və koordinasiyası;
Şöbə əməkdaşlarının iş bölgüsünün aparılması və fəaliyyətlərinə nəzarət;
Gömrük qanunvericiliyi və müvafiq normativ dəyişikliklərin izlənilməsi;
İş prosesində yaranan problemlərin operativ həlli və rəhbərliyə hesabat verilməsi;
Şöbənin iş keyfiyyətinin və effektivliyinin təmin edilməsi.
Tələblər
Xanim və bəy namizədlər.
Gömrük bəyannamələrinin hazırlanması, doldurulması və rəsmiləşdirilməsi üzrə ətraflı praktiki biliklər;
Qeyd olunan sahə üzrə minimum 2 il iş təcrübəsi;
Gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatının olması MÜTLƏQ TƏLƏBDİR;
İdarəetmə və rəhbərlik bacarığı;
Komanda ilə işləmək, iş bölgüsü aparmaq və proseslərə nəzarət etmək qabiliyyəti;
Məsuliyyətli, diqqətli, operativ və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
Gömrük sahəsində müstəqil qərar qəbul etmək və yaranan çətinlikləri həll etmək bacarığı.
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti