Prayk
Təlim, inkişaf və performansın idarə edilməsi üzrə rəhbər — HR, kadr
2 300 ₼

Təlim, inkişaf və performansın idarə edilməsi üzrə rəhbər

YoxlanılıbBu gün
Kateqoriya
HR, kadrlar
Tarix
Baxışlar
2
Nömrə
№5922248

Təsvir

Əməkdaşların peşəkar inkişafı və fəaliyyətinin qiymətləndirilməsi proseslərini idarə edəcək təcrübəli rəhbər axtarılır. Vəzifə öhdəlikləri Təlim ehtiyaclarını müəyyənləşdirmək, təlim proqramları və fərdi inkişaf planları hazırlamaq; Təlimlərin effektivliyini ölçmək, mentorluq və daxili təlimçi sistemlərini inkişaf etdirmək; Əsas fəaliyyət göstəriciləri (KPI) və səriştələr əsasında əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil etmək; Yüksək potensiallı əməkdaşları müəyyənləşdirmək, karyera inkişafı və xələflik planlarının hazırlanmasını təmin etmək; Təlim, inkişaf və qiymətləndirmə nəticələrini təhlil etmək, hesabatlar və təkmilləşdirmə təklifləri hazırlamaq. Namizədə tələblər Müvafiq sahə üzrə ali təhsil; Təlim, inkişaf və ya fəaliyyətin qiymətləndirilməsi sahəsində ən azı 3 il iş təcrübəsi; Qeyd olunan istiqamətlərdə ən azı 2 il rəhbərlik təcrübəsi üstünlükdür; Təlim ehtiyaclarının təhlili, təlim nəticələrinin ölçülməsi və performansın idarə edilməsi alətləri üzrə biliklər; Əmək qanunvericiliyi üzrə biliklər; MS Office proqramları və süni intellekt alətləri ilə işləmək bacarığı; İngilis və rus dillərinin hər biri üzrə minimum B1 səviyyəsində bilik; Analitik düşüncə, komanda idarəetməsi, təqdimat və fasilitasiya bacarıqları. Əməkhaqqı  2300 AZN NET Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təlim və inkişaf üzrə rəhbər” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 2300 AZN Son müraciət tarixi: 13.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-telim-inkisaf-ve-performansin-idare-edilmesi-uzre-rehber-156051
REKLAM