
2
Ofis Meneceri

Razılaşma yolu ilə
Ofis Meneceri
YoxlanılıbBu gün
Tarix
Baxışlar2
Nömrə№5860643
Təsvir
Vəzifə öhdəlikləri
Şirkətə gələn qonaq və müştərilərin qarşılanması, müvafiq şəxslərə yönləndirilməsi, rəhbərliyin və qonaqların çay və kofe servisi ilə təmin edilməsi.
Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi.
Şirkətə daxil olan və göndərilən məktubların, sənədlərin və bağlamaların qəbulu, qeydiyyatı və müvafiq şəxslərə çatdırılması.
Görüşlərin və qonaq qəbullarının təşkili.
Ofisə aid sənədlərin hazırlanması, çapı, skan edilməsi və surətlərinin çıxarılması.
Müqavilə, məktub, ərizə, əmr və digər rəsmi sənədlərin çapı, skan edilməsi və sistemləşdirilməsi.
Sənədlərin aidiyyəti struktur bölmələrə və əməkdaşlara vaxtında çatdırılmasının təmin edilməsi.
Sənədlərin elektron və fiziki arxivinin yaradılması, sistemləşdirilməsi və mühafizəsinin təmin edilməsi.
Daxil olan elektron poçtların izlənilməsi və aidiyyəti şəxslərə yönləndirilməsi.
Ofis ləvazimatlarına nəzarət edilməsi və zərurət yarandıqda sifarişlərin təşkili.
Ofisin ümumi səliqə-sahmanına və işgüzar mühitinin qorunmasına nəzarət edilməsi.
Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Tələblər
Təhsil: Ali təhsil.
İş təcrübəsi: Müvafiq sahədə 1–2 il iş təcrübəsi arzuolunandır.
Dil bilikləri: Azərbaycan dili (sərbəst), rus dili (sərbəst).
Kompüter bilikləri: MS Office proqramları (Word, Excel, Outlook, PowerPoint).
Şəxsi keyfiyyətlər:
Yüksək ünsiyyət və kommunikasiya bacarığı;
Səliqəli və məsuliyyətli olmaq;
Nəzakətli və xoş ünsiyyət qurmaq bacarığı;
Təşkilatçılıq və operativlik;
Komandada işləmək bacarığı;
Diqqətlilik və detallara önəm vermək;
İşgüzar etika və məxfilik qaydalarına riayət etmək.
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə (09:00–18:00)
Əməkhaqqı: Müsahibə əsasında təyin olunur.
Ünvan: Çinar Plaza, Heydər Əliyev prospekti 152.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 11.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/theferr-trade-mmc-ofis-meneceri-155918
REKLAM












